Əsas Səhifə > Hadisə > AZƏRBAYCAN MƏHKƏMƏSİ AZƏRBAYCAN DÖVLƏTİNƏ QARŞI

AZƏRBAYCAN MƏHKƏMƏSİ AZƏRBAYCAN DÖVLƏTİNƏ QARŞI


9-02-2012, 13:38
AZƏRBAYCAN MƏHKƏMƏSİ AZƏRBAYCAN DÖVLƏTİNƏ QARŞI

“OĞUZ-9” SC-YƏ 1,5 MİLYON MANAT ÖDƏNMƏLİDİR

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə “Oğuz-9” açıq səhmdar cəmiyyəti dövlət 2 il əvvəl bu SC-nin istifadəsində olan 112,5 ha torpağı mənimsədiyi üçün Maliyyə Nazirliyindən kompensasiya alacaq.

“Oğuz-9” ASC-nin direktoru Şirin Şuminov Turan-a deyib ki, Bakı İnzibati-iqtisadi Məhkəməsinin apellyasiya instansiyası maddi ziyanın ödənilməsi haqda iddianın rəddi barədə qərarı ləğv edib. Məhkəmə 1,6 mln manat (o cümlədən son iki ildə müəssisənin fəaliyyətsizliyi) maddi ziyan dəyməsi və SC-nin sərəncamında qalan 12,5 ha sahədə fəaliyyətini davam etdirməsi barədə qərar çıxarıb, deyə Şuminov bildirib. Onun sözlərinə görə, Ali Məhkəmə bu qərarı qüvvədə saxlasa, əlbəttə, cavabdehlər kassasiya şikayəti verəcək, onda səhmdarlar vəsaiti necə xərcləmək barədə qərar çıxaracaqlar. «Biz bu vəsaiti müəssisənin inkişafı və torpağın özəlləşdirilməsinə yönəltməyi təklif edəcəyik», deyə Şuminov bildirib.

Nazirlər Kabinetinin qərarı ilə “Oğuz-9” ASC-nin torpaq sahəsi Bakı-Oğuz-Qəbələ su kəməri çəkilən zaman torpaqdan məhrum olan vətəndaşlar arasında bölünüb. İlk məhkəmə instansiyası SC-yə pul kompensasiyası ödənilməsi iddiasını rədd edib. ASC dövlətdən 6 mln manat tələb edirdi.


Geri qayıt