Əsas Səhifə > Cəmiyyət > SƏHİYYƏ NAZİRLİYİ 14 APTEKƏ QADAĞA QOYUB
SƏHİYYƏ NAZİRLİYİ 14 APTEKƏ QADAĞA QOYUB9-02-2012, 13:21 |
ONLAR QANUNSUZ FƏALİYYƏT GÖSTƏRİRMİŞLƏR Ötən il ərzində Azərbaycan ərazisində 14 aptekin qeyri-qanuni fəaliyyət göstərdiyi aşkarlanıb. Bu barədə cümə axşamı Trend-ə Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. Bildirilib ki, Mərkəzin Dərmanların keyfiyyətinə nəzarət şöbəsi tərəfindən 2011-ci il ərzində respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə təkrar reydlər keçirilib. Reydlər nəticəsində xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olma faktı ilə əlaqədar könüllü şəkildə fəaliyyətlərini dayandırmayan 7 aptekə inzibati xətalar məcəlləsinin 64.1 maddəsi ilə protokollar tərtib edilib. Reydlər nəticəsində yararlılıq sertifikatı olmayan 1210 seriya (6040 qutu), istifadə müddəti bitmiş 14 qutu dərman preparatları aşkarlanaraq müsadirə edilib. Geri qayıt |