Əsas Səhifə > Dünya > TÜRK ORDUSUNDAN UĞURLU ƏMƏLİYYAT

TÜRK ORDUSUNDAN UĞURLU ƏMƏLİYYAT


9-02-2012, 12:51
TÜRK ORDUSUNDAN UĞURLU ƏMƏLİYYAT

13 PKK-LI CƏHƏNNƏMƏ VASİL OLDU

Türkiyənin cənub-şərqindəki Bingöl və Hakkari rayonları ərazisində PKK terror təşkilatına növbəti ağır zərbə endirilib.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarına bir qrup PKK-çının qışı keçirmək üçün Bingöldəki dağlıq əraziyə gəldiyi haqda məlumat daxil olub. Hərbi helikopterlərin dəstəyi ilə təhlükəsizlik qüvvələri əraziyə göndərilib. Əvvəlcə terrorçulardan təslim olmaları tələb edilib. Terrorçular bu tələbə atəşlə cavab verdikdən sonra əməliyyat başlayıb. Əməliyyat nəticəsində 9 terrorçu məhv edilib, 2-si yaralı olan 3 terrorçu yaxalanıb.

Hakkari ərazisində də terrorçularla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib. İraq ərazisindən Hakkarinin Çukurca qəsəbəsinə daxil olan bir qrup terrorçu sərhəddəki hərbi hissəyə hücum edib. Döyüş zamanı 1 əsgər şəhid olub, 6 əsgər yaralanıb. Biri qadın olan 4 terrorçu məhv edilib.


Geri qayıt