Əsas Səhifə > Cəmiyyət, Manşet > HEYDƏR ƏSƏDOV DAHA İKİ MƏMURU GÖRƏVDƏN ALDI

HEYDƏR ƏSƏDOV DAHA İKİ MƏMURU GÖRƏVDƏN ALDI


11-12-2013, 15:52
HEYDƏR ƏSƏDOV DAHA İKİ MƏMURU GÖRƏVDƏN ALDI
DİA.AZ: - Kənd Təsərrüfatı Nazirliyində növbəti kadr dəyişikliyi baş verib. DİA.AZ-a nazirlikdəki qaynaqlardan daxil olan məlumata görə, nazirlikdən daha iki nəfər vəzifələrindən kənarlaşdırılıb. Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri vəzifəsini icra edən Tofiq Hüseynov və hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri İlqar Həsənov vəzifəsindən azad olunublar.

Qeyd edək ki, yeni kənd təsərrüfatı naziri rəhbərliyə gələnə qədər nazirlikdə Aparat rəhbəri olmayıb. Bu vəzifəni Tofiq Hüseynov icra edib. Hər halda nazirliyin “Əlaqələr” bölümündə yer alan məlumatlarda belə qeyd edilmişdi. Bir-iki həftə əvvəl yenilənən həmin bölümə görə T.Hüseynov və İ.Həsənov vəzifələrində saxlanılıb. Amma indi hər iki vəzifənin qarşısı boşdur və həmin şəxslərin adı saytdan çıxarılıb. Bu isə o deməkdir ki, həmin məmurlar vəzifələri ilə vidalaşıblar. Onların, ümumiyyətlə işdən kənarlaşdırılıdığı, yoxsa başqa vəzifəyə təyin edildiklərini nazirliyin mətbuat xidməti ilə dəqiqləşdirmək istədik. Ancaq mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev dəfələrlə etdiyimiz müraciətə cavab vermədi.

Xatırladaq ki, H.Əsədov təyinat alandan sonra iki nazir müavinləri- Aslan Aslanov və Bəhram Əliyev vəzifəsindən azad olunublar. Bundan başqa, Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Şahmar Abdullayev, İdarənin Müalicəxanasının həkimi Şahlar Əliyev, İdarənin mühasibi Mina Daşdəmirova və Binəqədi rayon Baytarlıq Məntəqəsinin müdiri Mədət Qocayev işdən azad olunublar.

Geri qayıt