Əsas Səhifə > Dünya > DÜNYA SOYUQDAN, SOMALİ ACINDAN ÖLÜR

DÜNYA SOYUQDAN, SOMALİ ACINDAN ÖLÜR


9-02-2012, 12:00
DÜNYA SOYUQDAN, SOMALİ ACINDAN ÖLÜR

BRİTANİYADAN SOMALİYƏ 400 MİLYON DOLLARLIQ YARDIM

Yaxın dörd il ərzində Böyük Britaniyanın Beynəlxalq İnkişaf Nazirliyi Somaliyə “yoxsulluq və münaqişənin nəticələri ilə mübarizə aparmaq” üçün yardım məqsədi ilə 250 milyon funt sterlinq (395 milyon dolar) məbləğində pul vəsaiti ayıracaq. İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə çərşənbə günü Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq London Beynəlxalq Əlaqələr İnstitutunda çıxış edərkən bəyan edib.

O qeyd edib ki, “biz Somaliyə ayaq üstə durmağa kömək edə bilərik”.

Londonda fevralın 23-də Somali üzrə beynəlxalq konfrans keçiriləcək.

Böyük Britaniya XİN-in verdiyi məlumata görə, tədbirdə 40 ölkənin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər. BMT baş katibi Pan Gi Munun, həmçinin ABŞ dölət katibi Hillari Klintonun da iştirakı gözlənilir.

Tədbirin əsas mövzusu Afrika Birliyinin Somalidə maliyyə missiyasının probləmləri, bu ölkədə humanitar böhranın həll olunması və siyasi institutların gələcəyi olacaq.

Bundan əlavə, konfrans zamanı Somalinin dəniz quldurlarının fəaliyyətinə son qoyulması üzrə tədbirlərin müzakirəsi və regionda terrorizmə qarşı kollektiv müqavimət göstərilməsi tədbirləri planlaşdırılıb.


Geri qayıt