Əsas Səhifə > Partiya > MİLLİ ŞURANIN MİTİNQİNƏ DAHA BİR PARTİYA "YOX" DEDİ

MİLLİ ŞURANIN MİTİNQİNƏ DAHA BİR PARTİYA "YOX" DEDİ


10-12-2013, 12:02
MİLLİ ŞURANIN MİTİNQİNƏ DAHA BİR PARTİYA "YOX" DEDİ
Azərbaycan Libaral Partiyası (ALP) Milli Şuranın dekabrın 15-də keçiriləcək mitinqinə qatılmayacaq. Bunu AzVision.az-a açıqlamasında partiya sədri Əvəz Temirxan deyib.

Onun sözlərinə görə, mitinqlə bağlı müzakirə partiyanın gündəliyində yoxdur: “Dekabrın 15-də olacaq mitinq üçün xüsusi müzakirə olmayacaq. Amma üzvlərimizin könüllü iştirakı təqdirəlayiq sayıla bilər. Bu, başqa bir təşkilatın mitinqi olduğu üçün, xüsusi olaraq, bizim müzakirə etməyimiz məntiqsiz olar. Hər halda sosial ədalətin bərqarar olunması üçün keçirilən mitinq olduğuna görə üzvlərimizin orada inkişafını normal hal saymaq olar”.

Qeyd edək ki, Milli Şura dekabrın 15-də mitinq keçirmək üçün Bakı şəhər icra Hakimiyyətinə müraciət ünvanlayıb.

Geri qayıt