Əsas Səhifə > Sosial, Manşet > MİSİR MƏRDANOVDAN SƏRT ADDIM

MİSİR MƏRDANOVDAN SƏRT ADDIM


8-02-2012, 18:30
MİSİR MƏRDANOVDAN SƏRT ADDIM

NAZİR GƏNCƏ TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİ MAHAL ƏLIYEVİ İŞDƏN QOVDU

DİA.AZ: - Gəncə Təhsil idarəsində Təhsil Nazirliyinin əmrinə zidd olaraq müəllimlərin və direktorların müsabiqədənkənar işə qəbulu barədə bir müddət əvvəl yerli mətbuatda məlumatlar yayılmışdı.

Bildirək ki, artıq Təhsil Nazirliyinin rəhbərliyi həmin yazıya ciddi reaksiya verib. Redaksiyamıza verilmiş məlumata görə, Mahal Əliyev işdən azad edilib.

Bu barədə danışan mötəbər qaynaq “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia.az) bildirib ki, Mahal Əliyev şəxsən Misir Mərdanovun göstərişi ilə işdən qovulub və hətta onunla bağlı faktların toplanaraq prokurluğa verilməsi də gözlənilir.


Geri qayıt