Əsas Səhifə > Partiya > "KÖHNƏ SOVET QAYDALARINI GÜNDƏMƏ GƏTİRİRLƏR"

"KÖHNƏ SOVET QAYDALARINI GÜNDƏMƏ GƏTİRİRLƏR"


10-12-2013, 11:22
"KÖHNƏ SOVET QAYDALARINI GÜNDƏMƏ GƏTİRİRLƏR"
Azərbaycanda siyasi partiyalardan baş qərargahları ilə bağlı sənəd tələb olunacaq, əks halda həmin partiyalar qeydiyyata alınmayacaq, yaxud fəaliyyəti ləğv olunacaq. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 5-ci maddəsinə təklif olunan əlavələrdə bu şərtlər irəli sürülür. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bununla bağlı bir neçə ay öncə qərargahdan çıxarılan Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər Hafta.az-a açıqlamasında bildirib ki, bu qanun siyasi partiyaların fəaliyyətini məhdudlaşdıracaq: “Siyasi partiyalara yardım etmək əvəzinə əlavə problemlər yaradırlar. Onsuz da partiyaların prolemləri “N” qədərdi, bu da növbəti bir süni problem olacaq. Bu qanun qəbul olarsa, Azərbaycanda siyasi partiyaların fəaliyyəti maksimum məhdudlaşdırılacaq. Bu Prezident aparatının “ekspert”lərinin sovet dövründən qalma kəşfləridi. Köhnə, sovet qaydalarını gündəmə gətirirlər”.

S.Əkbər deyib ki, onlar üçün qərargah məsələsi aktual deyil: “Dekabrın 22-də iclas keçirəcəyik. Orada qurultayla bağlı məsələlər müzakirə ediləcək. Qərargahla bağlı bir problem yoxdu, bu sadəcə maliyyə məsələsidi. Hələki bu məsələ bizim üçün aktual deyil. Maliyyə köməkliyi üçün kimləsə danışığa getmək fikrimiz yoxdu, sadəcə partiya üzvlərinin yardımı ilə bu məsələni həll edəcəyik”.

Geri qayıt