Əsas Səhifə > Sosial, Manşet > ƏLİ İNSANOVLA BAĞLI QƏRBİN MÜHÜM PLANLARI

ƏLİ İNSANOVLA BAĞLI QƏRBİN MÜHÜM PLANLARI


10-12-2013, 10:38
ƏLİ İNSANOVLA BAĞLI QƏRBİN MÜHÜM PLANLARI
ELDAR NAMAZOVUN DA ADININ KEÇDİYİ DAHA BİR PLANIN ÜSTÜ AÇILIR

DİA.AZ: - Prezident seçkiləri ərəfəsində siyasi emosiyaların qızışdığı bir məqamda Prezidentin İcra Aparatının sabiq işçisi Eldar Namazovun rəhbərliyi altında fəaliyyət göstərən «El» Hərəkatının partiyaya çevriləcəyi söylənilsə də, sonradan bu ideyadan vaz keçildiyi məlum oldu. Daha doğrusu, bu barədə dünən açıqlama ilə çıxış edən «El» nümayəndələrinin söylədiklərindən belə anlaşıldı ki, «ilin sonuna qədər «El» partiyaya çevriləcək» vədini verənlər fikirlərinin arxasından qaçıblar.

Bu barədə DİA.AZ-a maraqlı informasiyalar daxil olub. «El»dəki mötəbər mənbələrdən redaksiyamıza ötürülən informasiyadan belə aydın olur ki, əslində Eldar Namazov müstəqil qaydada partiyalaşma qərarını verməmişdi və buna hətta kənardan dəstək də əldə edibmiş, amma bəzi proseslər «El»in partiyalaşmasının qarşısını aldı.

Mənbənin söylədikləri: «Təbii ki, burada «kənar güclər» dedikdə hansı qüvvələrin anlaşıldığını təxmin etmək o qədər də çətin deyil. Təsəvvür edin, bu gün Eldar Namazov Azərbaycan adından Qərbin «xalq diplomatiyası» layihəsində iştirak edir. Kim onu bu statusla müəyyən edib? Hər halda, ilk əvvəl məhz qeyd olunan məqama diqqət ayırmaq lazımdır. Yəni nədən Eldar Namazovun görüşü Azərbaycan xalqının ermənilərlə barışığa meyillənməsi üçün stimul rolunu oynaya bilər - sualının cavabı verilməlidir».

Məlumatlı mənbə bu gün Eldar Namazovun çox ciddi layihələrdə fəal iştirakçı olduğuna işarə edərək bildirir ki, əslində bu şəxsin adının prezident seçkiləri ərəfəsində dövlət çevrilişinə cəhddə iştirakçı kimi hallandırılması da təsadüfi olmayıb: «Doğrudur, bu məsələ bəzi iqtidardakı qüvvələrin naşılığı səbəbindən qeyri-ciddiyə alındı. Amma vəziyyət tamam fərqli və tam ciddi idi».

Mənbə iddia edir ki, Eldar Namazovun partiya yaratma ideyası da məhz sözügedən planın tərkib hissəsmi olub: «Maraqlıdır ki, bu partiyanın lideri hazırda həbsxanada saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanov olmalı idi. Və belə düşünülürdü ki, Əli İnsanov prezident seçkiləri ərəfəsində və yaxud da seçkidən qısa müddət sonra azadlığa çıxacaq. Amma hakimiyyət Qərbin də fəal şəkildə müdaxilə etdiyi bu prosesi durdurdu.

ƏLİ İNSANOVLA BAĞLI QƏRBİN MÜHÜM PLANLARI

Əksinə, Eldar Namazovun da qatıldığı planda ciddi mövqelərdən birini tutacaq Akif Muradverdiyev üstəlik olaraq həbs olundu. Bununla da planlar alt-üst vəziyyətə salındı. Əlavə olaraq həyata keçirilən həbslər, həmçinin bir sıra dairələrin yaxalarını kənara çəkməsi «El»in partiyalaşmasını da birdəfəlik olaraq gündəmdən çıxardı».

Mənbəmiz «El»də mühüm mövqe tutacaq fiqurların da artıq müəyyən olunduğunu bildirdi: «Həmin sırada partiyanın sədri kimi Əli İnsanov ön yerdə gəlir. Ona isə Akif Muradverdiyev, Eldar Namazov müavinlik etməli idilər. Eyni zamanda AMİP-lə də danışıqlar aparılırdı və AMİP «El» Partiyasına birləşməli idi. Bundan sonra da AMİP lideri Etibar Məmmədov da Əli İnsanovun müavini olmalı idi».

ƏLİ İNSANOVLA BAĞLI QƏRBİN MÜHÜM PLANLARI

Mənbəmizə görə, konkret olaraq Qərbi Azərbaycan qruplaşmasının partiyası kimi təqdim olunacaq yeni partiyaya hətta hakimiyyətin içindən də dəstəyin alınması planlaşdırılırdı: «Amma bütün bu düşünülənlər iqtidarın gərəkən anda müdaxiləsinin ardından ifşa olundu. Və bu səbəbdən də «El» nəinki partiya olmadı, hətta Eldar Namazov fərqli bir missiyaya transfer edildi».

Geri qayıt