Əsas Səhifə > Şou-biznes > "YALQIZAM" TÜRKİYƏLİYƏ UĞUR GƏTİRDİ

"YALQIZAM" TÜRKİYƏLİYƏ UĞUR GƏTİRDİ


10-12-2013, 08:45
"YALQIZAM" TÜRKİYƏLİYƏ UĞUR GƏTİRDİ
“O səs Türkiyə” yarışmasının üçüncü mərəhələsində maraqlı anlar yaşanıb.

Axşam.az xəbər verir ki, Hasan Doğru adlı iştirakçı sözləri Rəsul Rzaya, musiqisi Tofiq Quliyevə məxsus olan “Yalqızam” mahnısını ifa edib.

O, əsəri səsləndirməzdən öncə ekranda mahnının azərbaycanlı müəlliflərə məxsus olduğu da qeyd olunub. Adaşı Hasan Qurdla yarışan Hasan Doğru “Yalqızam”ı mükəmməl şəkildə ifa edərək komandanın rəhbəri Gökhandan müsbət rəy alıb və növbəti mərhələyə vəsiqə qazanıb.

Həmin videonu sizə təqdim edirik:



Geri qayıt