Əsas Səhifə > Cəmiyyət > MOLLALARIN YENİ ATTESTASİYASI HAZIRLANIR
MOLLALARIN YENİ ATTESTASİYASI HAZIRLANIR8-02-2012, 13:36 |
“MEYİT İŞLƏRİ İLƏ MƏŞĞUL OLANLAR DA ATTESTASİYA OLUNUB” Fevral ayının axırında Sabirabad, İmişli və Saatlıda mollaların növbəti attestasiyası keçiriləcək. Bu barədə Modern.az-a Qafqaz Musəlmanları İdarəsinin (QMİ) şöbə müdiri Hacı Mirəziz Seyidzadə məlumat verib. O bildirib ki, mollaların attestasiyası birinci cənub bölgəsində keçirilib: “Bu bölgəyə Cəlilabad, Biləsuvar, Lerik, Yardımlı, Masallı, Lənkəran, Astara rayonları daxil idi. Yanvarın axırında isə Salyan və Neftçala rayonları ruhanılərinin də attestasiyası oldu. Həmin attestasiyada Lənkəran, Lerik, Astara, Masallı, Yardımlı, Cəlilabaddan gələn bəzi ruhanilər də iştrak edirdilər. Artıq adlarını sadaladığım rayonların nəticəsi məlumdur. Biz attestasiyadan keçə bilməyən ruhanilərə 6 aya qədər möhlət vermişdik, hazırlaşsınlar. Onların bəziləri yenidən gəldilər, attestasiyadan keçdilər. Hələlik bununla bağlı nəticələr açıqlanmayıb. Bu attestasiyadan neçə nəfər ruhaninin keçib-keçmədiyini dəqiq deyə bilmərəm. Çünki işlər hələ yekünlaşmayıb. Amma yaxın günlərdə nəticələr məlum olacaq. Attestasiyadan bütün axundlar, meyit işləri ilə məşğul olanlar keçiblər. Bu, iki şəkildə həyata keçirilir. Attestasiyadan keçən ruhanilər barədə icra başçılarına məlumat veriləcək. Müsabiqədən keçənlərə vəsiqə veriləcək. Bununla da həmin şəxslər dini sahədə fəaliyyət göstərə biləcəklər. Müsabiqədən keçə bilməyənlərin də adları yerli icra qurumlarına təqdim olunacaq ki, bundan sonra onların fəaliyyəti dayandırılacaq”. QMİ-nin şöbə müdiri onu da bildirib ki, fevralın axırıncı 10 günlüyündə Sabirabad, İmişli və Saatlı rayonlarında ruhanilər attestasiya olunacaqlar. Geri qayıt |