Əsas Səhifə > Siyasət, Manşet > NEFT PULLARINI NECƏ YEYİRLƏR?

NEFT PULLARINI NECƏ YEYİRLƏR?


3-10-2011, 11:40
NEFT PULLARINI NECƏ YEYİRLƏR?

DİA.AZ REDAKSİYASI ŞOK KORRUPSİYA FAKTINI AŞKARLADI

DİA.AZ: - Sən demə, Azərbaycanda hər doğulan körpənin adına pul ayrılırmış. Bu barədə şok məlumat redaksiyamıza diplomatik qaynaqlardan ötürülüb. Mənbənin «Dünya» İnformasiya Agentliyinə (dia.az) verdiyi xəbərə görə, sözügedən fakt Azərbaycan dövlətinin beynəlxalq təşkilatlara verdiyi hesabatda da yer alıb.

Xatırladaq ki, hələ bir neçə il əvvəl, mərhum prezident Heydər Əliyevin zamanlarında ABŞ-ın «Soros» Fondunun rəhbəri macar əsilli Corc Soros Bakıda olarkən, dövlət başçısı ilə görüşərkən Azərbaycanın neftdən əldə etdiyi gəlirlərlə maraqlanmış, bu barədə Heydər Əiyevlə fond rəhbərinin arasında bir polemika da yaşanmışdı ki, həmin söhbət hələ də unudulmur.

Belə ki, Corc Sorosdan Azərbaycanda Qarabağdan didərgin düşmüş məcburi köçkünlərə yeni yaşayış massivlərinin salınması məqsədilə yardım istəyən Heydər Əliyevə fond rəhbəri belə bir cavab vermişdi: «Bəs sizin neftdən gələn gəlirləriniz hara gedir?». Mərhum dövlət başçısı «Neft fonduna» cavabını verəndə, «Soros»un rəhbəri də bildirmişdi ki, elə həmin pullar hesabına böyük şəhərlər salmaq olar.

Yəni Azərbaycanın neftdən əldə etdiyi gəlirlərin aqibəti həm yerli və həm də beynəlxalq ictimiyyət üçün hər zaman maraqlı olub. Günü bu gün də Azərbaycanın dövlət büdcəsinin reallıqdan uzaq şəkildə formalaşdırılması, büdcəyə alternativ kimi dəyərləndirilən Neft Fondunun anlaşılmaz fəaliyyəti ölkəmizin əldə etdiyi neft pullarının şəffaf hesabatının verilmədiyini sübutlayan faktlardır.

Həm yerli və həm də beynəlxalq ekspertlərint qənaəti budur ki, Azərbaycanda hakimiyyətdə olan qüvvələr neftdən gələn gəlirlərə öz şəxsi sərvətləri kimi yanaşdığından bu gün xalqın bu gəlirlərlə bağlı real təsəvvürləri mövcud deyil. Yəni Azərbaycan insanı ölkəyə neftdən daxil olan gəlirin həcmindən məlumatlı deyil.

Amma deyəsən, artıq bu məlumatlar yavaş-yavaş sızdırılmaqda, ictimailəşməkdədir. Necə ki, məşhur «VikiLiks» təşkilatının açıqladığı məxfi sənədlər bir çox gerçəklikləri üzə çıxarmış oldu, eləcə də bizim aşkarlamış olduğumuz faktlar vətəndaşlar üçün sürpriz təsiri bağışlayacaq.

Məlumatlı mənbələrin redaksiyamıza ötürdüyü faktlara görə, Azərbaycan dövlətinin bir çox beynəlxalq təşkilatlara verdiyi hesabatlarda belə bir məlumat göstərilir ki, ölkəmizdə hər yeni doğulan körpə uşağın hesabına dövlət tərəfindən 800 manat (yəni təxminən 1000 ABŞ dolları) həcmindəvəsait ayrılır. Həmin pulun valideynlərin büdcəsinə ödənildiyi iddia olunur.

Amma Azərbaycanda yaşayan istənilən bir kəs bu məlumatın yalan olduğunu təsdiqləyə bilər. Əksinə, bizdə nəinki yeni doğulan uşaq üçün bu qədər pul verilmir, əksinə, elə doğum evləri var ki, qeyd olunan məbləğdə rüşvət tələb edir.

Hər halda, bu faktın özü belə Azərbaycanın neft pullarının hansı şəkildə məmurlar tərəfindən mənimsənildiyni aşkarlamaqdadır. Yəni məlum olur ki, məsələn, bu yolla ən azından il ərzində 10-15 milyon dollar pul məmurlarımızın cibinə axır.

Görəsən, başqa hansı bəhanələrlə pullarımızı yeyirlər?..


Geri qayıt