Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “ŞİMAL” DRESS-DƏKİ QƏZA QƏZETİN İŞİNİ İFLİC ETDİ

“ŞİMAL” DRESS-DƏKİ QƏZA QƏZETİN İŞİNİ İFLİC ETDİ


8-02-2012, 13:21
“ŞİMAL” DRESS-DƏKİ QƏZA QƏZETİN İŞİNİ İFLİC ETDİ

"YENİ MÜSAVAT" İŞIQSIZ QALIB

"Yeni Müsavat" qəzetinin redaksiyanın elektrik təchizatı kəsilib. Redaksiya rəhbərliyinin müsavat.com-a verdiyi məlumata görə, bir saatdan artıqdır ki, redaksiya kollektivi suyuq otaqlarda oturub, elektrik generatorunun köməyi ilə çalışırlar, amma bu şəraitd uzun müddət davam etmək mümkün deyil.

Musavat.com reportyorunun "Bakenerji"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevdən aldığı məlumata görə, elektrik enerjisinin kəsilməsi "Şimal" DRES-də baş verən texniki qəza ilə bağlıdır. Hazırda orada elektrik enerjisi istehsal olunmur, o üzdən şəhərin bir sıra nahiyələrində elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb.

Qəzet rəhbərliyi əlaqədar struktrulardan xahiş edir ki, baş verən qəzanın aradan qaldırılması üçün tədbir görsünlər, istər əhali, istərsə də onları fasiləsiz xəbərlə təmin etməli olan jurnalistlər ilin-günün bu vaxtında enerjisiz qalmasınlar.


Geri qayıt