Əsas Səhifə > Hadisə > BAKIDA YAŞAYIŞ EVİ PARTLADI

BAKIDA YAŞAYIŞ EVİ PARTLADI


8-02-2012, 12:35
BAKIDA YAŞAYIŞ EVİ PARTLADI

PARTLAYIŞ NƏTİCƏSİNDƏ 8 NƏFƏR XƏSARƏT ALIB

Azərbaycan paytaxtında yaşayış evində partlayış baş verib.

Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gecə saat 03.30 radələrində qeydə alınıb. Yasamal rayonu ərazisində yaşayan Elşən Şahbazovun evində təbii qazın sızmasından yanğınla nəticələnən partlayış baş verib. Nəticədə evin qapı və pəncərələri dağılıb, evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanıq xəsarətləri almış E. Şahbazov, bacısı Gülnarə, oğlanları Azər, Almaz, qohumları - Şəfiqə Şahbazova, Rəşadə Şahbazova, habelə qonşuları - Şamo Zamanov və onun qızı Səadət Həsənova xəstəxanaya yerləşdiriliblər.


Geri qayıt