Əsas Səhifə > Dünya > AMERİKADA CİDDİ KADR İSLAHATLARI

AMERİKADA CİDDİ KADR İSLAHATLARI


8-02-2012, 12:32
AMERİKADA CİDDİ KADR İSLAHATLARI

ABŞ DEPARTAMENTİNDƏ MÜHÜM POSTLARDA YENİLİKLƏR OLUB

ABŞ Dövlət Departamentində Rusiya ilə əlaqələr üzrə bölmədə kadr dəyişiklikləri baş verib. RBK saytı xəbər verir ki, ABŞ dövlət katibinin silahlanma və beynəlxalq təhlükəsizlik üzrə müavini Ellen Toşer vəzifəsindən azad edilib.

Xarici siyasət idarəsinin mətbuat katibi Viktoriya Nuland brifinq zamanı bildirib ki, E.Toşer raket əleyhinə müdafiə və strateji sabitlik üzrə xüsusu nümayəndə təyin edilib.

Dövlət katibinin müavini vəzifəsinə Rouz Hottemuller təyin edilib. E.Toşer əməkdaşlığın inkişafı üzrə Rusiya-ABŞ prezident komissiyasının tərkibinə daxil edilib.


Geri qayıt