Əsas Səhifə > Ölkə > AVROPA BİRLİYİNDƏN YENİ QARABAĞ TƏKLİFLƏRİ

AVROPA BİRLİYİNDƏN YENİ QARABAĞ TƏKLİFLƏRİ


8-02-2012, 12:24
AVROPA BİRLİYİNDƏN YENİ QARABAĞ TƏKLİFLƏRİ

QƏRB ATƏŞKƏSİN ÖMRÜNÜ SÜNİ YOLLARLA UZATMAQDADIR

“Avropa Birliyi Azərbaycan və Ermənistanın rəsmi şəxsləri ilə Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsinə yönəlmiş etimad tədbirlərinə dair yeni təklifləri müzakirə edir”. APA-nın xəbərinə görə, bunu Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia deyib. O xatırladıb ki, AB-nin ali komissarı Ketrin Eşton Azərbaycana səfəri zamanı AB-nin Dağlıq Qarabağ münaqişəsinin həllində öz səylərini gücləndirəcəyini bildirmişdi: “Biz Minsk Qrupunun səylərini dəstəkləyir və alqışlayırıq, lakin tərəflərin istəyi əsasında münaqişənin daha tez həlli üçün xüsusən də münaqişə tərəfləri arasında etimadın qurulması üçün yeni ideyalar təklif etmək istəyirik”.

R. Kobia bu ideyaların Azərbaycan və Ermənistan rəhbərliyi ilə müzakirə olunduğunu söyləyib: “Biz əlbəttə ki, həmin ideyaları açıqlayacağıq. Lakin əvvəlcə bunu tərəflərlə ətraflı müzakirə etmək niyyətindəyik”.

Xatırladaq ki, Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi Filipp Lefort fevralın 7-də Bakıya səfəri zamanı Azərbaycan prezidenti, xarici işlər naziri və ədliyyə naziri ilə görüşlər keçirib.

Geri qayıt