Əsas Səhifə > Ölkə > BAKIDA REKORD ŞAXTA QEYDƏ ALINDI

BAKIDA REKORD ŞAXTA QEYDƏ ALINDI


8-02-2012, 12:22
BAKIDA REKORD ŞAXTA QEYDƏ ALINDI

1969-CU İLİN REKORDU BU GÜN SƏHƏR QIRILDI

Bakıda fevralın 8-i səhər rekord səviyyədə şaxta qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan çərşənbə günü Trend-ə bildirilib ki, fevralın 8-də səhər saat 6-7 radələrində havanın minimal temperaturu Bakıda 11 dərəcə şaxta təşkil edib. Bu da 110 illik hidremeteoroloji müşahidələrə görə 1969-cu ildə qeydə alınan -10 dərəcə şaxta göstəricisini üstələyib.


Geri qayıt