Əsas Səhifə > Cəmiyyət, Manşet > «ZAMİNBANK»IN MÜBHƏM MAXİNASİYALARI
«ZAMİNBANK»IN MÜBHƏM MAXİNASİYALARI7-02-2012, 17:36 |
BU BANKDA VƏTƏNDAŞLARIN PULLARI QEYRİ-ADİ ÜSULLARLA MƏNİMSƏNİLİR DİA.AZ: - Bir müddət əvvəl Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda Azərbaycanda 100 min manatlıq dələduzluğun üstünün açıldığı bildirilirdi. Məlumatda qeyd olunurdu ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən bir qrup şəhər sakinləri cinayət əlaqəsinə girərək ARDNŞ-nin «Azərneftyağ» NEZ-in, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun, «Azneft» İB-nin «Neft Daşları» NQÇİ-nin, Qaraçuxur İriləşdirilmiş Neft Mədəni İdarəsinin, «Azərbaycan Hava Yolları» QSC-nin Heydər Əliyev adına Beynəlxalq Aeroportun, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazasının, Nəqliyyat Nazirliyinin, 7 saylı Yaşıllaşdırma İdarəsinin, Müdafiə Sənayesi Nazirliyinin «Elektron Hesablayıcı Maşınlar» zavodunun və digər dövlət təşkilatlarının möhür-ştampları vurulmuş kənar şəxslərin guya həmin idarələrdə işləmələri və yüksək əməkhaqqı almaları barədə saxta arayışlar hazırlayaraq «Zaminbank», «Əmrahbank», «VTB» və «Nikoyl» banklara təqdim etmələri və 100.000 manatdan artıq kredit vəsaiti götürmələri müəyyən edilib. Biz bir qəzet olaraq məlumatın ictimai əhəmiyyətini nəzərə alaraq müəyyən araşdırmalar aparmaq və bank mütəxəssisləri ilə problemi müzakirə etmək qərarına gəldik. Müzakirələrin nəticəsində bu qənaətə gəldik ki, bu bir neçə nəfərin adi dələduzluq hərəkəti deyil və cinayət işində hökmən bank tərəfdən kimlərsə iştirak edir. Yəni bu cinayət işində adıçəkilən banklar da bilavasitə iştirakçıdır. Bu prosesdə mütləq çoxtərəfli razılaşma-pay bölgüsü var. Ancaq istənilən halda bu banklarda baş verən cinayət hadisələri ilə bağlı bizim gəldiyimiz qənaət idi. Amma əlimizdə fakt yox idi. Görünür, bəzən fakt olmasa da, əlahəzrət məntiq düzgün nəticə çıxarmağa kömək edir. Deyəsən, fakt özünü çox gözlətmədi. Bu da fakt... Bizim araşdırmamızdan çox yox, bir neçə gün sonra fakt özü gəlib çıxdı. Özü də yuxarıda adı çəkilkən banklardan biri olan «Zaminbank»dan. Redaksiyamıza müraciət edən mənbənin dediyinə görə, o, 2010-cu il dekabrın 28-də «Zaminbank»la 266 saylı depozit müqaviləsi imzalayıb. Əvvəlcə hesaba 100 manat, 2011-ci il yanvarın 18-də isə daha 99 min manat pul qoyub. Yəni cəm halında banka 100 min manat pul yatırılıb. Çingiz müəllimin dediyinə görə, bir ildən sonra həmin pulun üstünə 4 min manat faiz-divident gəlməli imiş. Elə həmin faizi götürmək üçün vətəndaş banka gedir və ona bildirirlər ki, onun hesabında pul yoxdur, pulu çıxarıblar: «2012-ci ilin yanvarında getdim «Zaminbank»a, dedim, burda mənim adıma pul var. Dedilər ki, pul yoxdur. Pulu çıxarıblar». Vətəndaşın imzası olmadan pulumu bankdan kim götürə bilər? Burda yeganə bir variant var ki, tutaq ki, kimsə onun imzasını çəkər. Amma mənbəmizin sözlərinə görə pulun hesabdan çıxarılması haqqında heç bir sənədə imza atılması faktı yoxdur. Redaksiyamıza mötəbər mənbədən daxil olan məlumata görə belə hadisə «Zaminbank»da birinci dəfə deyil ki, baş verir. Bir müddət əvvəl adının çəkilməsini istəməyən bir şəxsin 250 min dollarını da «Zaminbank»dan saxta imza ilə kimsə çıxarıbmış. Mənbə bildirdi ki, bu barədə bank rəhbərliyinin məlumatı olub. Zərərçəkən tərəf məsələni ciddi şəkildə ortaya qoyanda və ölkə rəhbərliyinə şikayət edəcyini bildirəndə nazirlərdən birinin qardaşı xahiş edib və həmin şəxsin 250 min manatını və üstəlik, 3 otaqlı mənzil verməklə problemi birtəhər yoluna qoya bilib. «Zaminbank»da baş verənləri araşıdrarkən məlum oldu ki, bankda belə hadisələr dəfələrlə olub. Hətta 2008-ci ildə «Zaminbank»ın «Mərkəz» filialının direktoru vətəndaşın 100 min manatını saxta yolla mənimsədiyinə görə, 10 il azadlıqdan məhrum edilib. Deməli, 100 min söhbəti artıq Zaminbank da ənənə halını alıb. Bəs görəsən, bank mütəxəssisləri bu barədə nə düşünür? Əhalini ayıq-sayıq olmağa çağırmaqla yanaşı, mütəxəssisin fikirinə diqqət yetirək. Adının çəkilməsini istəməyən bank işçisi bildirdi ki müştərinin özü olmadan onun bank hesabından pul çıxarılması mümkün deyil, hətta saxta imza ilə də bu, mümkün olan iş deyil, çünki vətəndaşın şəxsiyyət vəsiqəsi lazımdır. Digər tərəfdən ortada etibarnamə olmadığı üçün bu, ümumiyyətlə, mümkün deyil. Ekspert zarafatla qeyd etdi ki, hətta pulu xakerlər götürsə belə, bank məsuliyyət daşıyır və pulu bank ödəməlidir. Çünki müştəri ilə bank arasında müqavilə bağlanır və qarşılıqlı öhdəlik götürülür. Yeri gəlmişkən, onu da qeyd edək ki, iki ay öncə «Royalbank»da da oxşar hadisə baş verib. Və vətəndaş banka qoyduğu 30 min manat «yoxa çıxıb». Geri qayıt |