Əsas Səhifə > Ölkə, Manşet > HAKİM PARTİYADA NÖVBƏTİ SEÇKİ HƏYƏCANI YAŞANIR

HAKİM PARTİYADA NÖVBƏTİ SEÇKİ HƏYƏCANI YAŞANIR


6-12-2013, 14:55
HAKİM PARTİYADA NÖVBƏTİ SEÇKİ HƏYƏCANI YAŞANIR
MÜXALİFƏT YATIB, YAP TƏDARÜK İÇİNDƏ

DİA.AZ: - Bu günlərdə gələn il keçirilməsi nəzərdə tutulan bələdiyə seçkilərilə bağlı start düyməsini basan hakim Yeni Azərbaycan Partiyası bir sıra dəyişikliklər qərarı verib. Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, hakim partiya bələdiyyələrdəki adamlarının böyük əksəriyyətini dəyişmək fikrindədir.

Məlumatlı mənbənin söylədikləri: «Artıq indidən YAP-da bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin siyahılarının tutulmasına başlanılıb. İlkin hədəf olaraq paytaxt Bakı üzrə bələdiyyə seçkilərində iştirak edəcək namizədlər müəyyənləşdiriləcək. Fikir var ki, köhnə heyətin böyük əksəriyyətindən imtina olunsun».

Mənbəmiz bildirir ki, hakim partiyanın əslində bələdiyyələrlə bağlı tədarükü təsadüfi deyil: «Çünki gələn il Milli Məclis bələdiyyələrin mövqelərini möhkəmlədən çox ciddi qanunlar qəbul edəcək. Və hətta bələdiyyələrin icra hakimiyyətlərinə aid səlahiyyətlərin böyük əksəriyyətinə malik olacağı da gözlənilir. Ona görə də YAP-da indidən prosesə tədarük görülür».

Xatırladaq ki, noyabrın 30-dan hakim partiya bələdiyyə seçkilərilə bağlı konkret hərəkətə keçib.

Geri qayıt