Əsas Səhifə > Partiya > MİLLİ ŞURANIN MİTİNQİNİN VAXTI BƏLLİ OLDU

MİLLİ ŞURANIN MİTİNQİNİN VAXTI BƏLLİ OLDU


6-12-2013, 12:19
MİLLİ ŞURANIN MİTİNQİNİN VAXTI BƏLLİ OLDU
“Milli Şura ehtimallar üzərində qərarlar vermir”. Bu sözləri Hafta.az-a açıqlamasında Milli Şuranın vahid namizədi Cəmil Həsənli bildirib. Onun sözlərinə görə şuradan hansısa partiyanın ayrılması sadəcə ehtimaldır.

“Müsavat Partiyasını və ya “El” hərəkatının Milli Şura tərkibindən ayrılması sadəcə ehtimaldır. Ehtimallar üzərindən isə hansısa konkret fikir söyləmək olmaz”.

Milli Şuranın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirən sədr gələcək planlarını da söylədi:

“Milli Şuranın gələcəyini çox parlaq görürəm. Fəaliyyətimizin daha da yüksəlməsi üzərində ciddi çalışırıq. Böyük ehtimalla gələn həftə mitinq edəcəyik. Meydan kimi “Məhsul” stadionu olmasa da, şəhərin mərkəzində bir yer təyin edərək bu barədə rəsmi müraciətimizi edəcəyik.

Cəmil Həsənli mitinqin şüarlarını da artıq təxmin etdiklərini bildirdi:

“Budəfəki mitinqdə benzinin qiymətinin artması da daxil olmaqla, bir sıra sosial problemlər qabardılaraq şüar halına salınacaq. Biz bütün fikirlərimizi çox yaxın zamanda hazırlayıb, rəsmi müraciətimizə daxil edəcəyik”.

Geri qayıt