Əsas Səhifə > Hadisə > MİSİR MƏRDANOVUN DAHA BİR QADAĞASI ARADAN QALDIRILDI

MİSİR MƏRDANOVUN DAHA BİR QADAĞASI ARADAN QALDIRILDI


6-12-2013, 10:17
MİSİR MƏRDANOVUN DAHA BİR QADAĞASI ARADAN QALDIRILDI
Təhsil Nazirliyi bu il ümumtəhsil məktəblərində yeni il şənliklərinin keçirilməsinə icazə verib. DİA.AZ xəbər verir ki, bu barədə AzVision.az-ın sorğusuna Təhsil Nazirliyinin cavabında bildirilib.

Nazirlikdən rəsmi olaraq qeyd edilib ki, orta məktəb rəhbərliyi iş planına uyğun olaraq, hazırlanmış ssenari əsasında yeni illə bağlı ümumməktəb tədbirləri keçirə bilər.

Qeyd edək ki, sabiq təhsil naziri Misir Mərdanov dönəminsə isə orta məktəblərdə yeni il şənliklərinin keçirilməsi qadağan edilmişdi. Buna səbəb isə şənliklər zamanı xoşagəlməz hadisələrin olmasını bildirilirdi.

Geri qayıt