Əsas Səhifə > Dünya > DAXİLİ İŞLƏR NAZİRİ PROKURORLUĞA ÇAĞRILDI

DAXİLİ İŞLƏR NAZİRİ PROKURORLUĞA ÇAĞRILDI


6-12-2013, 09:16
DAXİLİ İŞLƏR NAZİRİ PROKURORLUĞA ÇAĞRILDI
Ukraynanın daxili işlər naziri Vitali Zaxarçenko Kiyevdə nümayişçilərə zor tətbiq edilməsi səbəbindən prokurorluqda ifadə verəcək. ANS PRESS Rusiya mətbuatına istinadən xəbər verir ki, Vitali Zaxarçenko şahid qismində Baş Prokurorluğa dəvət edilib.

Bu barədə Baş Prokurorluğunun idarə rəisi Aleksandr Kalifitski jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, nazir bu gün ifadə vermək üçün Baş Prokurorluğa çağrılıb.

Qeyd edək ki, Ukrayna müxalifətinin tələblərindən biri də Vitali Zaxarçenkonun nümayişçilərə qarşı zor tətbiq etməsinə görə, cəzalandırılması ilə bağlıdır.

Geri qayıt