Əsas Səhifə > Şou-biznes > PƏTƏK DİNÇÖZƏ GÖRƏ QƏBƏLƏLİLƏR 500 MANAT VERƏCƏKMİ?

PƏTƏK DİNÇÖZƏ GÖRƏ QƏBƏLƏLİLƏR 500 MANAT VERƏCƏKMİ?


6-12-2013, 09:13
PƏTƏK DİNÇÖZƏ GÖRƏ QƏBƏLƏLİLƏR 500 MANAT VERƏCƏKMİ?
Türkiyəli müğənni Pətək Dinçözün dekabrın 31-də Qəbələdə verəcəyi konsertin hazırlıqları davam edir.

Axşam.az-ın müxbiri ilə söhbətində gecənin təşkilatçısı Nahid Emiloğlu deyib ki, Pətək dekabrın 30-u Bakıya gələcək və birbaşa Qəbələyə yollanacaq:

"Bayram günlərində müğənnilərin iş qrafiki sıx olur. Bu səbəbdən Pətək Qəbələdə gəzmək, istirahət etmək imkanı tapmayacaq. Yeni il gecəsi konserti baş tutduqdan sonra, ayın 1-də, səhərə yaxın Türkiyəyə qayıdacaq. O, Bakıya öz böyük orkestrı ilə gələcək. Konsertlə bağlı heç bir "kapriz"i yoxdur. İstəkləri isə yalnız texniki məsələlərlə bağlıdır. Bu tərəfdən bir qüsur olmamasını tələb edib”.

Xatırladaq ki, türkiyəli ifaçının konserti Qəbələdə “Qafqaz Sport Hotel”də baş tutacaq.

Sənətçinin konsertinə biletlərin qiyməti 300, 400 və 500 manatdır. Bu məbləğə çərəz, meyvə, şirniyyat və dondurma daxildir. Biletləri (050) 509 00 34 nömrələrindən əldə etmək mümkündür. Ceyhun Əhmədov

Geri qayıt