Əsas Səhifə > Hadisə, Manşet > AYDIN ƏLİYEV “ROKFELLER”İ QURBAN VERİR

AYDIN ƏLİYEV “ROKFELLER”İ QURBAN VERİR


7-02-2012, 15:37
AYDIN ƏLİYEV “ROKFELLER”İ QURBAN VERİR

FHN ŞEFİ İSƏ ARDNŞ PREZİDENTİ İLƏ DÖYÜŞƏN AYDIN ƏLİYEVİN QƏLƏMİNİ QIRIB

DİA.AZ: - Etibarlı mənbələrdən aldığımız məlumat görə, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti (ARDNŞ) Rövnəq Abdullayevə qarşı savaş açıb. Bu barədə “Dünya” İnformasiya Agentliyi redaksiyasını bilgiləndirən qaynaq iddia edir ki, məlum savaşda ilk atəş açan tərəf DGK rəhbəri olub.

Xatırladaq ki, keçən il DGK-nin sədri mətbuata ilginc açıqlamalar verməsi ilə diqqətə gəlmişdi. O bildirmişdi ki, İran ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına dizel yanacağı daşınması ilə bağlı yaranan problem araşdırılır. Aydın Əliyevin sözlərinə görə, Naxçıvana aparılan dizel yanacağının həcmi kvotalara uyğunlaşdırılmalıdır. Əslində bununla o, Rövnəq Abdullayevin bostanına ilk daşını atmış oldu.

DGK rəhbəsi daha sonra demişdi: "Hər il Naxçıvana dizel və digər yanacaqlar üzrə müəyyən kvota ayrılır. Naxçıvana dizel yanacağının daşınması həmin kvota çərçivəsində həyata keçirilməlidir. Əgər indi bu kvotadan dəfələrlə artıq yanacaq aparılır və Naxçıvanda buna tələbat yoxdursa, onda bu yanacaq hara istifadə olunur? Bu məsələlər indi araşdırılmaq üzrədir".

Onu da bildirək ki, DGK-nin həmin araşdırmaları nəticəsiq qaldı. Bu barədə az sonra. Gələk ittihamlara...

Az qala Rövnəq Abdullayevi yanacaq oğurluğunda suçlayan DGK sədri bunun araşdırılmasının vacibliyini söyləməklə əslində ictimai fikri yayındırmaq, korrupsiyaya qarşı mübarizə tədbirlərini Rövnəq Abdullayevə tərəf çevirmək istəyirdi. Bu barədə danışan mənbəmiz bildirir: “Çünki antikorrupsiya tədbirləri çərçivəsində keçirilən əməliyyatlar həmin ərəfədə "Gömrükkom" sədrini və bəzi məmurları ciddi şəkildə narahat edirdi. Ona görə də iz azdırılmalı idi”.

Məlumatlarda bildirilir ki, bir neçə gün əvvəl bəzi gömrük idarələrində yoxlamalar aparılıb. Xatırladaq ki, bir müddət əvvəl Astara gömrükxanasındakı özbaşınalıqlarla bağlı da məlumat vermişdik. Redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, Astara Gömrük İdarəsinin rəisi “Rokfeller” ləqəbli Hikmət Məmmədovun əməlləri artıq hüquqi müstəvidə araşdırlır. Bu işdə isə maraqlı tərəflərdən birinin ARDNŞ prezidentinin olması da söylənilir.

Bu barədə danışan məbəmiz vurğulayır ki, əslində Aydın Əliyevə cavab hazırlayan Rövnəq Abdullayev üçün Astara gömrükxanasındakı eybəcərliklərin işıqlandırılması əlavə fürsət olub: “Hətta Rövnəq Abdullayev bu məsələni dövlət rəhbərliyinin qarşısında qaldırmağı da düşünür. Məlumdur ki, gömrük sistemi Kəmaləddin Heydərovun kurasiyasındadır. Bunu Rövnəq Abdullayev də bilir. Amma buna rəğmən Hikmət Məmmədovla bağlı məsələdə ARDŞ prezidenti açıq oynayır”.

Mənbə iddia edir ki, yaxın günlərdə Dövlət Gömrük Komitəsində ciddi araşdırmalar aparıla bilər. Bildirilir ki, sözügedən qurumla bağlı hər gün şikayətlər olunur, vətəndaşlar və iş adamları aidiyyəti qurumlara, eləcə də media orqanlarına müraciətlər edirlər. Mənbə bir neçə gün bundan öncə Aydın Əliyevin baş verənlərlə bağlı yenidən iclas çağırdığını deyir.

Qeyd edək ki, DGK-nın rəsmiləri qurumda heç bir qanun pozuntusunun olmadığını bildirsələr də, ortada ciddi faktların olduğu bildirilir. Hər gün bir neçə iş adamının gömrük-keçid məntəqələrində problemlərlə üzləşməsi onların yalan danışdığını göstərir. Bundan başqa, ölkəyə gətirilən xarici avtomobillərin qeydiyyata salınması üçün dövlət rüsumundan əlavə pulun - rüşvətin alınması qurum rəhbərinin fəaliyyətini ortaya qoyur. Onu da qeyd edək ki, gömrük-keçid məntəqələrində vətəndaşların "dərisini soyan" gömrük işçiləri sahibkarlar arasında narazılıqlar yaradır, onların dövlətə olan inamına zərbə vururlar.

Aydın Əliyevin Rövnəq Abdullayevə savaş açmasına gəlincə isə, bu savaşda kimin qalib gələcəyini zaman göstərəcək. Ancaq mənbə hesab edir ki, ARDNŞ-nin rəhbəri istənilən anda "Gömrükkom" sədrini zərərsizləşdirmək gücündədir: “Şünki Kəmaləddin Heydərov neçə müddətdir ki, əlini Aydın Əliyevin arxasından çəkib. Buna dolayı yolla gömrükkom rəhbərinin qələminin qırılması da demək olar”.

Mövzu diqqətimizdədir...


Geri qayıt