Əsas Səhifə > Güney Press, Üçüncü sektor > DSMF STRUKTURLARINDA DA KADR İSLAHATI OLACAQ

DSMF STRUKTURLARINDA DA KADR İSLAHATI OLACAQ


6-12-2013, 09:06
DSMF STRUKTURLARINDA DA KADR İSLAHATI OLACAQ
Dekabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyevin də imzaladığı sərəncamla Elman Mehdiyev Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri təyin olunub.
Bu təyinat DSMF-nin rayon şöbələrində narahatlıq yaradıb. Xüsusən də keçmiş sədr Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Zakir Həsənovun Müdafiə Nazirliyində apardığı kadr islahatlarından sonra bu narahatlıq daha da artıb.
Bizimxeber.az-a verilən məlumata görə, artıq DSMF-nin rayon şöbələrinin əksəriyyətinin rəhbərləri yır-yığış edərək əmrlərinin veriləcəyi günü gözləyirlər. Xəbərdə bildirilir ki, S.Müslümovun könhə iş yerində olan kadrların bəzilərini özü ilə yeni iş yerinə aparması fonunda, yeni sədrin yeni təyinatlar edəcəyini labüdləşdirir. Bu isə aşağı səviyyələrdə, xüsusən də rayon şöbələrində nəzərə çarpacaq dəyişiklərin olacağı anlamına gəlir.
Fonddakı mənbəənin Bizimxeber.az-a verdiyi məlumata görə, yaxın günlərdə Elman Mehdiyev xüsusi müşavirə keçirəcək. Və həmin tədbirdə fondun əksər rayon şöbələrinin rəhbərləri vəzifələri ilə vidalaşacaqlar.
Vəzifəıdən uzaqlaşdırılmaşı ehtimal edilən DSMF-nin rayon şöbələrinin siyahısını yaxın günlərdə yaymağa çalışaçıq.

Geri qayıt