Əsas Səhifə > Ölkə > “DÜNYA”TV-NİN VAXTI UZADILACAQ

“DÜNYA”TV-NİN VAXTI UZADILACAQ


14-09-2011, 15:07
“DÜNYA”TV-NİN VAXTI UZADILACAQ

MTRŞ DİGƏR TELEVİZİYALARIN DA MƏSƏLƏSİNƏ BAXACAQ

Sabah Milli Televiziya və Radio Şirkətinin (MTRŞ) iclası keçiriləcək.

Şura sədrinin köməkçisi Toğrul Məmmədovun APA-ya verdiyi məlumata görə, iclasda “Mingəçevir” Televiziyası, “Dünya” Televiziyası (Sumqayıt), “Antenn” Müstəqil Teleradio Şirkətinin lisenziyaları uzatmaqla bağlı müraciətlərinə baxılacaq.

T. Məmmədov deyib ki, “Sky” MMC kabel televiziyasının lisenziya müddəti bitsə də, sözügedən şirkət Şuraya sənədlərini təqdim etməyib. MTRŞ sabah bu şirkətlə bağlı da qərarını verəcək.

Geri qayıt