Əsas Səhifə > Siyasət, Manşet > ELMAR VƏLİYEV LOBBİ SAXLAYIRMIŞ

ELMAR VƏLİYEV LOBBİ SAXLAYIRMIŞ


7-02-2012, 14:25
ELMAR VƏLİYEV LOBBİ SAXLAYIRMIŞ

HƏR AY İCRA BAŞÇISI MƏTBUATDAKI «DAYAQLARINA» HAQQ ÖDƏYİR

DİA.AZ: - Yevlaxdan Gəncəyə transfer olunduqdan sonra bir çox «möcüzələrə» imza atan icra başçısı Elmar Vəliyevin indi də bəzi mətbu orqanlarla, daha dəqiqi, mətbuat nümayəndələri ilə mübhəm əlaqələri ilə bağlı ilginc faktlar əldə etmişik. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) mötəbər mənbələrdən sızan informasiyada bildirilir ki, Elmar Vəliyev sən demə, mətbuatda əməlli-başlı lobbiyə malik imiş.

Bu barədə məlumatı verən qaynağın bildirdikləri: «Təsadüfi deyil ki, Elmar Vəliyev bu vaxta qədər barəsində mətbuatda ən çox yazılan icra başçılarından biri olsa da, onunla bağlı heç bir araşdırma aparılmır. Buna görə o, özünün mətbuatdakı «dayaqlarına» minnətdardır».

Mənbəmiz iddia edir ki, mətbuat məsələlərinə ciddi təsir imkanları olan bir neçə şəxs bu gün Elmar Vəliyevin qulluğunda dayanırlar: «Həmin şəxslər əllərindəki rıçaqlar hesabına Elmar Vəliyevi mətbu tənqiddən qoruyurlar. Bunun əvəzində isə təbii ki, mükafatlanırlar. Konkret olaraq hər ay həmin şəxslərə icra başçısından «dolya» çatır».

Onu da bildirək ki, icra başçısının mətbuatdakı əlaltılarının kimlikləri də redaksiyamıza tam olaraq bəllidir. Sadəcə olaraq, müəyyən səbəblərə görə bu barədə geniş məlumatı vermirik.


Geri qayıt