Əsas Səhifə > Güney Press, Araşdırma > AMERİKA AZƏRBAYCANA ÖZ ELÇİSİNİ YOLLADI

AMERİKA AZƏRBAYCANA ÖZ ELÇİSİNİ YOLLADI


5-12-2013, 11:42
AMERİKA AZƏRBAYCANA ÖZ ELÇİSİNİ YOLLADI
DİA.AZ: - ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunda Dövlət katibinin köməkçisinin müavini Erik Rubin Azərbaycana qısamüddətli səfərə gəlib. Bu barədə Turan agentliyinin sorğusuna cavabda Amerika səfirliyinin mətbuat xidmətindən bildiriblər.

E.Rubin Azərbaycanda yüksək vəzifəli dövlət rəsmiləri və qeyri hökumət təşkilatları ilə görüşlər keçirəcək. Görüşlərdə qarşılıqlı ikitərəfli münasibətlər müzakirə ediləcək.-

DİA.AZ-a diplomatik mənbələrdən daxil olan məlumatda isə qeyd olunur ki, Erik Rubin Azərbaycana təsadüfən gəlməyib. Onun Bakıda Azərbaycanın Gömrük İttifaqına olan münasibətləri ilə bağlı müzakirə aparacağı nəzərdə tutulur.

Bildirək ki, son günlər rəsmi Bakı ilə Kreml arasında bir anlaşmanın əldə olunduğu haqda xəbərlər yayılmağa başlayıb.

Geri qayıt