Əsas Səhifə > Dünya > RUSİYA XƏZƏRDƏ MÖHKƏMLƏNİR

RUSİYA XƏZƏRDƏ MÖHKƏMLƏNİR


7-02-2012, 13:46
RUSİYA XƏZƏRDƏ MÖHKƏMLƏNİR

KREML XƏZƏRDƏKİ FLOTİYASINA ƏLAVƏ GƏMİLƏR YERLƏŞDİRİR

Bu ilin birinci yarısında Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının döyüş tərkibinə iki yeni gəmi daxil ediləcək. Bu barədə «İTAR TASS» agentliyinə Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi, polkovnik İqor Qorbul bildirib.

Bu il Xəzər flotiliyasının tərkibinə daxil ediləcək gəmilərdən biri 11661 layihəli «Dağıstan» tipli raket gəmisi, digəri isə 21630 layihəli «Volqodonsk» tipli kiçik artilleriya gəmisi olacaq. Hər iki gəmi Tatarıstandakı Zelenodolski Layihə-Konstruktor Bürosu tərəfindən layihələşdirilib. Gəmilər «stels-texnologiya» üzrə istehsal olunub.

Ümumilikdə isə, Xəzər flotiliyası 2020-ci ilədək ən azı 16 gəmi almaq niyyətindədir.


Geri qayıt