Əsas Səhifə > Gündəm, Manşet > NƏDƏN FARS-MOLLA REJİMİ BİZƏ QƏNİM KƏSİLİB?..

NƏDƏN FARS-MOLLA REJİMİ BİZƏ QƏNİM KƏSİLİB?..


5-12-2013, 10:05
NƏDƏN FARS-MOLLA REJİMİ BİZƏ QƏNİM KƏSİLİB?..
İRANIN SƏRHƏDDƏ YARATDIĞI SÜNİ MANEƏ ƏHALİMİZƏ ZİYAN VURMAQDADIR

DİA.AZ: - İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədlər açılandan bəri İran tərəfi vaxtaşırı olaraq insanların narahatlığına səbəb olan qaydalar yaradır. Bir neçə il öncə hər şəxsə 5 kiloqramdan artıq mal keçirtməyi qadağan etmişdilər. Buna görə İrana keçən hər şəxs özü ilə bir neçə azyaşlı uşaq aparırdı ki, onlar da adambaşına 5 kiloqram yük keçirə bilsinlər.

Bir neçə həftə öncə isə sərhədi bağladılar ki, Azərbaycan tərəfindən İran tərəfdəki traktora atəş açıblar. Azərbaycan tərəfi isə bildirdi ki, əksinə, İran tərəfdən Azərbaycan tərəfdəki traktora atəş açılıb. Bir neçə gün sonra İran maşınları sərhəddən buraxılsa da, Azərbaycan maşınları gözləməli oldu. Ötən həftənin sonunda isə Azərbaycan maşınları üçün də yaşıl işıq yandırıldı. Əvvəl Biləsuvar, sonra isə Culfa sərhəd-keçid məntəqəsindən maşınlar İran tərəfə buraxılmağa başladı. Bu razılaşmadan heç 2 gün keçməmiş İran tərəfi azərbaycanlı sürücülər üşün növbəti qadağa müəyyənləşdirdi – İrana yük aparan maşınlar 30 tondan artıq yük götürə bilməz. Guya bu, Culfa körpüsü üçün problem yaradır.

Agentliklərin və ölkə mətbuatının yazdığına görə, hazırda Azərbaycanın Biləsuvar gömrük məntəqəsində 100-dən çox yük maşın növbə gözləyir. Sürücülərin sözlərinə görə, İran gömrükçüləri yük çəkimində yeni qayda tətbiq ediblər. Onlar maşınla bir yerdə çəkisi 30 tondan artıq olan yükü qəbul etmirlər.

İrana məxsus maşınlar isə 45-50 tonluq yüklə sərbəst və maneəsiz hər iki gömrük məntəqəsindən keçməyə davam edirlər.

Məlumata görə, Culfa gömrük məntəqəsində də analoji vəziyyət yaranıb.

Həmin gündən İran tərəfinə keçmiş yük maşınları oradakı gömrükdə saxlanılıb. Hazırda İrandan Naxçıvan Muxtar Respublikasına keçmək üçün 150-dək yük maşını növbədə gözləyir.

Buraxılış-Keçid Məntəqəsinin avtomobil parkında yük avtomobillərinin sayı yüksək həddə çatıb. Yük maşını sürücülərin bir çoxu keçid olmadığından artıq avtomobillərini Biləsuvar sərhəd keçid məntəqəsində qoyaraq piyada Naxçıvana üz tutmağa başlayıblar. Sürücülərin sözlərinə görə, Azərbaycana gətiriləcək bəzi yüklərin ünvana çatdırılmasının yubanması onlara qarşı əlavə cərimələrin tətbiq olunmasına səbəb olub. Həmçinin bir neçə gündür ki, hərəkətsiz halda dayanmış yük avtomobillərində də texniki problemlər yaranıb. Yükün təsirindən avtomobillərin təkərləri tədricən sıradan çıxıb.

Neft yüklü avtomobil çənlərində sızmaların yaranması isə vəziyyəti daha da çətinləşdirib. İran tərəfi də bütün bunlardan sanki zövq alırmış kimi davranmaqdadır.

DİA.AZ bildirir ki, əslində İran tərəfinin qoyduğu 30 tonluq məhdudiyyət qadağası sırf olaraq Tehranın Azərbaycana düşmən münasibətinin təzahürü kimi qiymətləndirilməlidir. Çünki ilk əvvəl bu bəhanə üçün Biləsuvar yaxınlığındakı, İran ərazisindəki körpünün uçma təhlükəsinin olmasını iddia etdilər. Amma bu qadağanın bütün İran-Azərbaycan sərhəddi boyunca tətbiqi Tehranınj əsl niyyətini ortaya qoymuş oldu. Bir fakt da var ki, İran həmsərhəd olduğu ölkələr içində yalnız Azərbaycana belə bir qadağanı tətbiq etməkdədir. Hətta düşmən Ermənistan üçün belə bir keçid şərti mövcud deyil...

Yəqin ki, bu fakt Bakıda oturub İranın davasını aparanlar üçün də maraqlı olar. Hanı sizin ŞİƏ İRANINIZ? Ermənilər nəinki şiə deyillər, heç müsəlman da deyillər. Əgər İran doğurdan da İslam ölkəsidirsə, heç olmasa, şiəliyimiz bir yana qalsın, müsəlman olmağımızı nəzərə alaydı...

Deməli iş dində, inancda deyil. İranın Azərbaycanla bir özgə davası var...

Geri qayıt