Əsas Səhifə > Dünya > VƏHABİLƏRƏ MƏXSUS BÖYÜK SİLAH AMBARI ƏLƏ KEÇİRİLDİ

VƏHABİLƏRƏ MƏXSUS BÖYÜK SİLAH AMBARI ƏLƏ KEÇİRİLDİ


5-12-2013, 09:52
VƏHABİLƏRƏ MƏXSUS BÖYÜK SİLAH AMBARI ƏLƏ KEÇİRİLDİ
Suriyanın Livanla sərhəd zolağını əhatə edən əl-Qələmun yüksəkliklərində tərəflər arasında qarşıdurmalar davam edir.

SalamNews-un əl-Məyadin telekanalına istinadla verdiyi xəbərə görə, hökumət mənbələri ən-Nəbək şəhəri yaxınlığındakı müxalifət silahlılarının ən böyük silah anbarını ələ keçirdiklərini bəyan ediblər.

Anbardan xeyli sayda müxtəlif növ yüngül və orta tipli silahlar, həmçinin içərisində mina yerləşdirilmiş çoxlu sayda avtomaşın aşkar edilib.

Şəhərin Rima tarlaları adlanan bölgəsində xeyli sayda müxalifət silahlısı hökumət ordusunun qurduğu pusquya düşüb.

Ölkənin şərqindəki Dəra əyalətində radikal Nüsrə cəbhəsi müxalifətin digər qruplaşması “Tovhid Briqadası”nın aparıcı liderlərindən biri olan Rəbi Əba-Zeydi öldürüblər.

Silahlı toqquşmalar Hələb və Humada da davam edib.

Geri qayıt