Əsas Səhifə > Ölkə > “KÜR MOŞENNİK”İ YAXALANDI

“KÜR MOŞENNİK”İ YAXALANDI


7-02-2012, 13:43
“KÜR MOŞENNİK”İ YAXALANDI

ADAM İNSANLARIN DƏRDİNDƏN DƏ PUL ÇIXARIRMIŞ

Azərbaycanın Sabirabad rayonunda özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs olunub.

Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad Rayon Polis Şöbəsinin müstəntiqi Ramil Salayev məlumat verib.

Məlumata görə, keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində rayonun Ulacalı kənd sakini Həsənov Salman Aslan oğlunun özünü FHN əməkdaşı kimi təqdim etdiyi, Kür daşqınlarından əziyyət çəkən həmkəndlilərindən ümumilikdə 4000 manat alaraq onlara nazirlik tərəfindən yeni mənzillərin tikiləcəyinə söz verdiyi məlum olub. Məlumata görə, S. Həsənov sakinlərin şikayəti əsasında tutulub.

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq - təkrar törədildikdə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri üzrə cinayət işi başlanıb, həbs-qətimkan tədbiri seçilib.


Geri qayıt