Əsas Səhifə > Dünya > BƏŞƏR ƏSƏDLƏ BAĞLI QƏRAR VERİLİB

BƏŞƏR ƏSƏDLƏ BAĞLI QƏRAR VERİLİB


4-12-2013, 13:41
BƏŞƏR ƏSƏDLƏ BAĞLI QƏRAR VERİLİB
“Bəşər Əsəd "Cenevrə-2" sülhh danışıqlarından sonra keçid dövründə də hökumətə rəhbərlik edəcək."

SalamNews-un yerli SƏNA agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Suriyanın informasiya naziri İmran əz-Zəbi bildirib.

“Əgər bəziləri bizim Cenevrədə Dəməşqin açarlarını onlara verəcəyimizi düşünürsə, səhv edir. Qərar ölkə prezidenti Bəşər Əsədindir. Keçid dövrünə nail olsaq, B.Əsəd onu idarə edəcək və Suriyanın prezidenti olaraq qalacaq.”

Bildirək ki, B.Əsədin prezidentlik müddəti 2014-cü ildə bitir. Lakin bundan əvvəl o, bir neçə dəfə yenidən seçilməsinin mümkün olduğunu bəyan edib.

Geri qayıt