Əsas Səhifə > Gündəm, Manşet > PREZİDENTLİYƏ NAMİZƏD VƏZİFƏYƏ GƏTİRİLİR

PREZİDENTLİYƏ NAMİZƏD VƏZİFƏYƏ GƏTİRİLİR


4-12-2013, 13:16
PREZİDENTLİYƏ NAMİZƏD VƏZİFƏYƏ GƏTİRİLİR
ZAHİD ORUCA NAZİRLƏR KABİNETİ TƏRKİBİNDƏ YÜKSƏK VƏZİFƏ VERİLİR

DİA.AZ: - Redaksiyamıza hökumət içindəki bilgili qaynaqlardan olduqca maraqlı bir informasiya daxil olub. Mötəbər mənbənin DİA.AZ-a verdiyi xəbərə görə, 9 oktyabr prezident seçkilərinə namizəd kimi qatılmış tanınmış simalardan birinə vəzifə verilə bilər.

Bu barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, həmin keçmiş namizədə «yuxarılar» tərəfindən ciddi etimad göstərildiyindən belə bir qərara imza atılır. mənbəmiz iddia edir ki, «şanslı keçmiş namizəd» Nazirlər Kabinetinin 22 oktyabr tarixində təsdiqindən sonra rəhbərliyi rəsmiləşməmiş NK strukturlarındakı qurumlardan birinə təyin olunacaq.

Xatırladaq ki, NK-nın rəhbəri təsdiqlənməmiş qurumları aşağıdakılardır:

1. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri vəzifəsi - (sabiq sədr Məleykə Abbaszadə icra edir);

2. Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsi - (sabiq sədr Kamran İmanov icra edir);

3. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsi - (sabiq sədri Bəhram Xəlilov icra edir);

4. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsi - (sabiq sədr İnam Kərimov icra edir);

5. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri vəzifəsi (sabiq sədr Akim Bədəlov icra edir);

6. Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru vəzifəsi - (sabiq sədr İsgəndər Çəndirli icra edir).

PREZİDENTLİYƏ NAMİZƏD VƏZİFƏYƏ GƏTİRİLİR

Bildirək ki, məlumatı verən mənbə həmin keçmiş namizədin kimliyini də açıqlayır. Söhbət Ana Vətən Partiyasının keçmiş üzvü, millət vəkili Zahid Orucdan gedir. Xatırladaq ki, Zahid Oruc məhz prezidentliyə namizəd olduqdan sonra o, AVP sıralarından qovuldu. Amma buna baxmayaraq hakimiyyətin millət vəkilinə sahib çıxması təəssüratı da mətbuatda yer alan informasiyalardan anlaşılırdı. Yəni Zahid Oruc heç də «qələmi qırılmış» bir fiqur təsiri bağışlamırdı və indi də anlaşılır ki, əksinə, Zahid Oruca olan etimad əksinə olaraq, daha da artıb.

Mənbəmiz onun konkret olaraq hansı vəzifəyə gətiriləcəyini deməsə də, bu qərarın yaxın günlərdə verilə biləcəyini də açıqladı.

Onu da bildirək ki, əgər Zahid Oruca belə bir etimad göstəriləcəksə, o zaman onun da deputat mandatının ləğvi məsələsi gündəmə gəlir. Çünki 22 oktyabr tarixində YAP-ın icra katibi, sabiq millət vəkili Əli Əhmədov baş nazirin müavini postuna təyinat aldı və bunun ardından onun mandatı ləğv olundu.

Geri qayıt