Əsas Səhifə > Güney Press, Üçüncü sektor > NEFTÇALADA YENİ ÇƏKİLƏN YOLLAR NİYƏ DAĞILIR?

NEFTÇALADA YENİ ÇƏKİLƏN YOLLAR NİYƏ DAĞILIR?


4-12-2013, 08:31
NEFTÇALADA YENİ ÇƏKİLƏN YOLLAR NİYƏ DAĞILIR?
İnfom.az-ın əməkdaşı Neftçala rayonunda iyirmi yeddi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 30 km olan Şorsulu-Xolqarabucaq-Xəzərkənd avtomobil yolunun çəkilişi və yenidən qurulmasıyla bağlı araşdrıma aparıb.

Qeyd edək ki, burada vəziyyət heç də ürək açan deyil. Yolun tikintisinin kefiyyətsiz aparılması, istifadəyə verilməmiş dağılması göz önündədir. Bu fakt, ayrılan vəsaitin mənimsənilməsinə insanda şübhələr yaradır.

Bildirək ki, tikinti işlərinə ötən ilin axırlarında başlanılıb. Hazırda yolun inşasına 40-a yaxın müxtəlif təyinatlı texnika və 150 nəfər işçi qüvvəsi cəlb edilib. Artıq yolun 20 kilometr hissəsi asfaltlaşdırılıb. Yolun üzərində biri böyük olmaqla 11 körpünün tikintisi də aparılır.

Nəzərinizə çatdıraq ki, bu yolun yenidən qurulması üçün Azərbaycan Respublikası Prezidentinin 12 iyun 2012-ci il tarixli 2276 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən dövlət büdcəsindən ilkin olaraq Neftçala rayonu İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat vəsait ayrılmışdır.

Yolun təmir və yenidənqurma işlərini “Texnoyol” MMC Azərbaycan şirkəti həyata keçirir.

Amma yolun tikintisi başa çatmamış, müxtəlif yerlərində çatlar çökmlər və çala- çuxurlar əmələ gəlmişdir. Yağan yağışlar çatlardan aşağı qatlara axaraq bünövrəni boşaldır, nəticədə asfalt ağır yük altında parçalanıb dağılmaqdadır. Beləliklə, hələ tikintisi qurtarmamış yolun bəzi hissələri artıq ömrünü başa vurmaq üzrədir.

Baş verən hadisədən narahat olan yerli sakinlər artıq müxtəlif yerlərə şikayətlər edirlər.

Hətta vətəndaş nəzarəti şəbəkəsinə daxil olan DY ictimai birliyinin (İQ) Neftçal nümayəndəliyi də işə qarışıb. Təşkilat Şorsulu-Xolqarabucaq-Xəzərkənd avtomobil yolunun çəkilişi və yenidən qurulmasıyla bağlı ötən ay monitorinq keçirib.

Monitorinq zamanı bir çox nöqsanlar aşkarlanmışdır. Toplanan faklar yol çəkilişinə cavabdeh “Texnoyol” MMC- nin layihə rəhbəri Yunus Axverovun diqqətinə çatdırılıb. Y. Axverov təqdim olunmuş bütün Faktların doğruluğunu təsdiqləyib. Monitorinqi aparan işçi qurup yolun tikintisində baş verən bütün nöqsanları öz hesabatlarınada göstəriblər.

Hal hazırda “Texnoyol” MMC –nin rəhbərliyi movcud nöqsanları aradan qaldırmaq naminə bu yola əlavə işçi qüvvəsi və texnikalar cəlb edib. Onlar çala-çuxurlara yenidən yamaq salmaqla, eyibləri ört-basdır etməyə çalışırlar. Bununla da həmin yerlərdə əlavə tədbirlər həyata keçirdiklərini göstərməyə və gözə kül üfürməyə çalışırlar. Görək buna nail ola biləcəklərmi?

Geri qayıt