Əsas Səhifə > Siyasət, Manşet > ƏLİ İNSANOVDAN MÜXALİFƏTƏ DƏSTƏK

ƏLİ İNSANOVDAN MÜXALİFƏTƏ DƏSTƏK


7-02-2012, 13:13
ƏLİ İNSANOVDAN MÜXALİFƏTƏ DƏSTƏK

KEÇMİŞ NAZİR RƏSMƏN İCTİMAİ PALATAYA QOŞULMAQ NİYYƏTİNDƏDİR

DİA.AZ: - Hazırda həbsdə saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanovdan xəbər var. Keçmiş nazirin yaxınları tərəfindən «Dünya» İnformasiya Agntliyi redaksiyasına (dia.az) daxil olan məlumatlardan aydın olur ki, Əli İnsanov məhbəsdə olmasına baxmayaraq yenidən siyasi fəallığını artırmaq qərarına gəlib.

Bu barədə məlumatı verən qaynaq iddia edir ki, Əli İnsanov hazırda müxalifət düşərgəsiin əsas birliyi hesab olunan İctimai Palataya üzv olmaq niyyətindədir: «Əli İnsanov artıq bununla bağlı ərizə-müraciətini hazırlayır və İctimai Palataya üzvlüyə müraciətini yaxın günlərdə rəsmən elan edəcək».

Mənbəmiz onu da bildirdi ki, Əli İnsanov İctimai Palataya tək olaraq qoşumlayacaq: «Onunla bərabər bu gün də Əli İsanova yaxınlığını gizlətməyən kifayət qədər ziyalının İP-ə qoşulması nəzərdə tutulub. Artıq keçmiş nazir bununla bağlı ismarıclarını həmin adamlara çatdırıb və razılıq əldə olunub».

Əsasən Qərbi Azərbaycan bölgəsindən olan xeyli sayda ziyalının Əli İnsanovla bərabər addım atacağını vurğulayan mənbəmiz onu da bildirdi ki, hətta bununla bağlı mətbuat konfransı da keçirilə bilər: «Mətbuat konfransında sabiq nazirin müraciəti jurnalistlərə də təqdim ediləcək».


Geri qayıt