Əsas Səhifə > Hadisə > 690 BƏLƏDİYYƏ SƏDRİ CƏZALANDI

690 BƏLƏDİYYƏ SƏDRİ CƏZALANDI


7-02-2012, 12:54
690 BƏLƏDİYYƏ SƏDRİ CƏZALANDI

ONLAR İŞLƏRİNİ TƏLƏBLƏRƏ UYĞUN QAYDADA QURMAYIBLAR

2011-ci ildə Azərbaycanda 690 bələdiyyə sədri vaxtında bələdiyyə aktlarını təqdim etmədiklərinə görə cərimələniblər. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Milli Məclisin Regional məsələlər komitəsində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə bildirib.

Səlimzadə deyib ki, 2011-ci ildə bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, onların iqtisadi resuslarından səmərəli istifadə olunması və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin rolunun artırılması istiqamətində mühüm işlər görülüb.

Onun sözlərinə görə, 2011-ci ildə bələdiyyə üzvləri və qulluqçuları üçün təşkil edilmiş ixtisasartırma kurslarına 4500-dən çox bələdiyyə üzvü cəlb olunub.

Səlimzadə deyib ki, bələdiyyələrin beynəlxalq əlaqələri genişləndirilib.


Geri qayıt