Əsas Səhifə > Dünya > SURİYADA XRİSTİAN ŞƏHƏRİ İŞĞAL OLUNDU

SURİYADA XRİSTİAN ŞƏHƏRİ İŞĞAL OLUNDU


3-12-2013, 10:58
SURİYADA XRİSTİAN ŞƏHƏRİ İŞĞAL OLUNDU
Suriyada xristianların yaşadığı qədim Malula şəhərinin böyük bir hissəsi üsyançıların nəzarəti altına keçib. Paytaxt Dəməşq yaxınlığında yerləşən şəhərdə mövqelərini möhkəmləndirən üsyançıların şəhəri talan etdiyi barədə xəbərlər yayılıb.

Müxalifət qüvvələri və hökumət əsgərləri arasında xristian şəhəri uğrunda döyüşlər 3 gün əvvəl intensivləşmişdi. Nəticədə üsyançılar şəhərin bir hissəsini ələ keçirməyə müvəffəq olublar.

Malulanın xristian sakinləri prezident Bəşər Əsədi dəstəklədiyindən, təhlükəsizlik tədbiri olaraq kütləvi şəkildə şəhəri tərk etməyə başlayıblar.

Geri qayıt