Əsas Səhifə > Dünya > UKRAYNA MÜXALİFƏTİ PUTİNİ İTTİHAM ETDİ

UKRAYNA MÜXALİFƏTİ PUTİNİ İTTİHAM ETDİ


3-12-2013, 10:13
UKRAYNA MÜXALİFƏTİ PUTİNİ İTTİHAM ETDİ
Ukrayna müxalifəti Kiyevdəki hadisələri talançılığa bənzədən Rusiya prezidenti Vladimir Putinə sərt cavab verib. APA-nın “gazeta.ua” saytına istinadən verdiyi məlumata görə, Yuliya Timoşenkonun “Batkivşina” (Vətən) Partiyasının deputatı Sergey Sobolev bildirib ki, V. Putin təxribatlar vasitəsilə Ukraynanı sarsıtmaq istəyir: “Əminəm ki, təxribatlar bilavasitə Putinin Ukraynadakı sağ əli Viktor Medvedçukun rəhbərliyi ilə törədilir. Son on il ərzində Ukraynada bütün təxribatları Medvedçukun hərbi dəstəsi törədib. Həmin dəstəyə Dmitri Korçinski başçılıq edir. Bunu təkcə biz yox, milis də bilir. Korçinski və onun dəstəsinin hələ də yaxalanmaması onu göstərir ki, bu insanlardan yenə də istifadə edəcəklər”.

S. Sobolev deyib ki, V. Putinin vəzifəsi öz agentləri vasitəsilə Ukraynada sabitliyi pozmaqdır: “Ölkəyə Rusiya qoşunlarının yeridilməsini istəyən Sevastopol deputatlarının bəyanatı da bunu göstərir. Putin heç cür anlamır ki, Ukrayna nə deməkdir və Rusiya nə deməkdir. Orada Kiyevdəki etirazlara dəstək aksiyası keçirən Boris Nemtsov və həmkarlarını tuturlar. Biz onunla fərqlənirik ki, ukraynalılar susmur”.

Geri qayıt