Əsas Səhifə > Şou-biznes > TARKANA ÇƏKİLƏN XƏRC MÜĞƏNNİLƏRİMİZİ ÇİLƏDƏN ÇIXARIB

TARKANA ÇƏKİLƏN XƏRC MÜĞƏNNİLƏRİMİZİ ÇİLƏDƏN ÇIXARIB


3-12-2013, 10:05
TARKANA ÇƏKİLƏN XƏRC MÜĞƏNNİLƏRİMİZİ ÇİLƏDƏN ÇIXARIB
Müğənni Xatirə İslam xalq artisti Aygün Kazımovanın Tarkanla bağlı açıqlamasına münasibət bildirib.

Sənətçi “Bakupost”a müsahibəsində A. Kazımovaya haqq qazandırıb:

"Milli mahnılar oxuyuram, əgər estrada ifa etsəydim, tanınmış bir reperlə duet oxuyardım. Amma mən ona 100-150 min ödəməzdim. Bu yaxınlarda Aygün Kazımova bir açıqlama vermişdi. O dedi ki, hansısa bir layihəni gerçəkləşdirmək üçün bizim müğənnilər evlərini, maşınlarını satmağa hazırdırlar. Çünki onların bu qədər pulları yoxdur. Düz deyir, bizə heç kim o məbləği vermir. Bu yaxınlarda Moskvada bir toyda oldum. Orada Sərdar Ortaca 45 dəqiqəlik çıxış üçün 300 min dollar ödədilər. Onun canlı nə qədər pis oxuduğunu görərdiniz...

Niyə görə xaricilərin bərbad ifasına o qədər ödəyirlər, yerli müğənnilərin gözəl mahnılarına isə yox. Toya öz müğənnilərimizi çağıranda qiymətdə alış-veriş edirlər, 10 min deyəndə, endirim istəyirlər. Xaricilərdə isə heç vaxt qiymət söhbətini qaldırmırlar. Birimiz yüz minllik maşın alanda hamı başlayır danışmağa, qınamağa. Sibel Canın 70 milyonluq villası var, türklər bunu fəxr edərək yazırlar.

Hələ geyimlərdən danışmıram. Birimiz bir az açıq libasda səhnəyə çıxsaq, söz-söhbət qalxır. Amma Bakıya gəlib yarıçılpaq halda səhnəyə çıxan Rihannanın konsertini izləmək üçün 800 manata bilet alırlar. Əgər açıq-saçıqlığa qarşısınızsa, niyə xariciləri Azərbaycana gətirirsiniz? Qonşu İranda bu cür geyimdə səhnəyə çıxmaq qadağandır. Buna görə də bəzi müğənnilər oraya buraxılmır. Demək istərdim ki, əvvəlcə özümüzünküləri qiymətləndirin, sonra xaricilərə dəyər verin”.

Qeyd edək ki, Türkiyənin meqastarı Tarkana Yeni il gecəsi Bakıda konsert vermək üçün yüksək məbləğdə pul vəd edilməsi xəbəri yayıldıqda xalq artisti Aygün Kazımova buna etiraz etmişdi. O, “Tarkana milyonlar verib, gətirirlər. Amma biz yerli sənətçilər bir layihə üçün evimizi, maşınımızı girov qoyuruq”sözləri ilə narazılığını büruzə vermişdi.

Geri qayıt