Əsas Səhifə > Güney Press, Reklam > EVİNİZİ MƏSAFƏDƏN İDARƏ EDƏ BİLƏRSİNİZMİ?

EVİNİZİ MƏSAFƏDƏN İDARƏ EDƏ BİLƏRSİNİZMİ?


2-12-2013, 15:51
EVİNİZİ MƏSAFƏDƏN İDARƏ EDƏ BİLƏRSİNİZMİ?
Azercell Telekom “Ağıllı Ev” layihəsi ilə “Bakutel 2013” sərgisində çıxış edir
Dekabrın 2-5-də Bakıda 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı keçiriləcək. "Bakutel-2013" sərgisi “Baku Expo” Sərgi və Toplantı Mərkəzində baş tutacaq.
“Bakutel”-in artıq ənənəvi iştirakçılarından olan Azercell Telekom MMC ziyarətçilərə şirkətin texnoloji yenilikləri, həmçinin Bakı və şəhərətrafı əraziləri əhatə edən 4G sistemini, mobil və simsiz cihazlar sahəsində yeniliklər və korporativ həllər nümayiş etdirəcək.
Ən qabaqcıl texnologiyaların avtomatlaşdırılmış sistemi olan M2M (Machine to Machine) daha rahat və maraqlı yaşayış tərzi üçün çoxlu sayda funksiyaları yerinə yetirməyə imkan verir. Yeni texnologiyalar sahəsində isə Azercell “Ağıllı Ev” (“Smart Home”) adlandırılan layihə ilə ziyarətçilərin hüzuruna çıxacaq. Bu layihə mobil telefon vasitəsilə məişət proseslərini avtomatlaşdırmaq və bütün evi məsafədən idarə etməyə imkan verir.
“Ağıllı Ev” proqramı istifadəçilərin təhlükəsizliyi və rahatlığı üçün mənzildəki elektron və məişət cihazlarını nəzarətdə saxlayır. Bu proqram kommunal xidmətlərin optimallaşdırılması və onların məsrəflərini azaltmağa kömək edir. Hətta, evdən uzaqda olduqda belə, elektrik təminatı, qaz və su, işığı yandırıb və söndürmək, evdə olmayanda qonaqlar üçün qapını açmaq, unutduğunuz elektrik cihazları məsafədən söndürmək (televizordan tutmuş mikrodalğalı sobaya kimi), təhlükəsizlik sistemini işə salmaq və s. mümkündür. İsti havada evə gəlməzdən əvvəl kondisioneri yandırmaq, jalüzləri bağlamaq, yeməyi qızdırmaq da olar. Mobil telefonun bir neçə düyməsini basmaqla uzaqda olduqda belə evdə işıqları söndürmək və ya yandırmaq, pəncərə və ya qapıları açmaq, hansısa elektrik cihazını (televizordan tutmuş mikrodalğalı sobaya kimi) işə salmaq və s. mümkündür. Avtomatlaşdırma elementləri vahid bir platforma əsasında istifadəçinin ehtiyaclarına maksimal intellektual formada cavab verir. “Ağıllı Ev” istənilən halda öz sahibinə gözlənilməz vəziyyət haqqında mobil rabitə vasitəsilə xəbər verəcək və bununla da onun əmlakını qorumuş olacaq. “Ağıllı Ev”i dünyanın istənilən nöqtəsində mobil telefonla idarə etmək mümkündür.
Azercell Telekom mobil texnologiyalar sahəsində öz abonentlərinə ən qabaqcıl həllər təqdim etməkdə, biznesin idarəedilməsi üzrə ən effektiv üsullara çıxış imkanı və gündəlik ehtiyacların qarşılanması üçün geniş imkanlar yaratmaqda davam edir.
Bununla bərabər, dəyərli hədiyyələr qazanmaq istəyən sərgi ziyarətçiləri tədbir ərzində müxtəlif müsabiqələrdə iştirak edə biləcəklər.

Geri qayıt