Əsas Səhifə > Cəmiyyət > RƏİS MÜAVİNİNƏ MƏHKƏMƏ DƏSTƏYİ
RƏİS MÜAVİNİNƏ MƏHKƏMƏ DƏSTƏYİ6-02-2012, 17:37 |
MUSTAFA HACIBƏYLİNİN ŞİKAYƏTİ TƏMİN OLUNMADI Fevralın 6-da Bakı Apellyasiya Məhkəməsi Müsavat Məclisinin üzvü Mustafa Hacıbəylinin Nəsimi Rayon Məhkəməsinin qərarından şikayətinə baxıb. “Media forum” saytı xəbər verir ki, şikayət təmin olunmayıb. Mustafa Hacıbəyli 2011-ci il aprelin 2-də müxalifətin Bakıda keçirdiyi aksiyada tutulub Nəsimi Rayon Polis İdarəsinə aparılıb. İdarənin rəis müavini Süleyman Nemətov fiziki təzyiqə əl ataraq ona işgəncə verib. Azadlığa buraxılandan sonra müsavatçı işgəncə faktına görə cinayət işi qaldırılması üçün Nəsimi Rayon Prokurorluğuna müraciət edib. Prokurorluq Süleyman Nemətova cinayət işi qaldırmaqdan imtina edib. Məhkəməyə üz tutan müsavatçı Nəsimi Rayon Prokurorluğunun polis zabiti Süleyman Nemətova cinayət işi qaldırmasını istəyirdi. Nəsimi Rayon Məhkəməsi yanvarın 24-də Mustafa Hacıbəylinin iddiasını təmin etməyib. Geri qayıt |