Əsas Səhifə > Ölkə, Manşet > ŞAMAXININ İCRA BAŞÇISI DA ÇƏTİN DURUMDADIR

ŞAMAXININ İCRA BAŞÇISI DA ÇƏTİN DURUMDADIR


2-12-2013, 15:21
ŞAMAXININ İCRA BAŞÇISI DA ÇƏTİN DURUMDADIR
MALİYYƏ HESABATINDAKI NÖQSAN ONU CƏNCƏLƏ SALIB

DİA.AZ: - Hələ keçən günlərdən məlumat verərək bildirmişik ki, bir sıra rayonların maliyyə hesabatlarında ciddi nöqsanlar mövcuddur. Bu barədə DİA.AZ-a danışan Nazirlər Kabinetindəki mötəbər mənbə maraqlı bir məqamı açıqladı.

Xəbəri verən qaynaq iddia edir ki, əslində maliyyə hesabatlarında qüsurlar hər zaman olub, sadəcə olaraq bu günə qədər həmin faktlar ictimailəşdirilməyib: «Bu dəfə isə hesab-kitabı doğru olmayan icra başçıları haqda informasiyalar mətbuata sızdırılır ki, bu da təsadüfi deyil. Deməli, hökumət şəffaflıqda maraqlıdır. Digər tərəfdən, icra hakimiyyətləri ilə bağlı büdcə vəsaitlərinin xərclənməsi haqda hesabat xarakterli bilgilərin internetdə də yayınlanması əslində icra başçılarının durumunu daha da ağırlaşdırıb».

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, durumu ağır olan icra başçılarından biri də bu ilin fevral ayında Şamaxı rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Asif Ağayevdir. Bildirək ki, Asif Ağayev vəzifəsində yeni olmasına rəğmən, onun da məhz maliyyə hesabatındakı əyər-əskiklik səbəbindən «silisə» çəkilə biləcəyi söylənilir.

Mənbə iddia edir ki, Asif Ağayevin imzası və Şamaxı RİH-in sektor müdiri Valid Novruzovun da təsdiqlədiyi iki hesabat xarakterli sənəd arasındakı ziddiyyət Şamaxı RİH rəhbəri üçün başağrısı yaradıb. Mənbəmiz idida edir ki, təxminən 1 milyon 300 min manata yaxın vəsaitin xərclənməsini sübutlayan sənədlərdə problem var: «Doğrudur, Asif Ağayev bunu köhnə başçının ayağına yazmağa çalışsa da, sənədləşmələrin hamısının yeni başçının dönəminə aid olması onun işini daha da zorlaşdırmış olur».

Mövzu diqqətimizdədir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt