Əsas Səhifə > Dünya > ŞOK: UKRAYNAYA RUS ORDUSU ÇAĞRILDI

ŞOK: UKRAYNAYA RUS ORDUSU ÇAĞRILDI


2-12-2013, 11:43
ŞOK: UKRAYNAYA RUS ORDUSU ÇAĞRILDI
Sevastopolun şəhər şurasının deputatı Sergey Smolyaninov Ukraynaya rus qoşunlarının yeridilməsi təklifi ilə çıxış edib. Belə bir müraciəti o, Rusiya prezidenti Vladimir Putinə ünvanlayıb. Müraciətdə vurğulanır ki, hazırda Ukraynada qərbin xüsusi xidmət orqanları və onların agentlərinin təşəbbüsü ilə qanuni hökuməti yıxmaq üçün xüsusi təxribatlar həyata keçirilir, mitinqlər təşkil olunur. Hətta ABŞ tərəfindən maliyyələşdirilən internet resurslarında qanuni hökumətin əleyhinə hücumlar təşkil olunur. Deputat bu məqsədlə Rusiya prezidentindən «ölkənin suverenliyinin, Krım və Ukraynanın digər bölgələrindəki rusdilli əhalinin qorunması üçün yardım» göstərməsini xahiş edir: «İstəyirik, Rusiya tərəfi Ukrayna hökuməti ilə ölkəni ABŞ və NATO qüvvələrindən qorumaq üçün rus ordusunun bu ölkənin ərazisinə yeridilməsini razılaşdırsın. Artıq bu müraciətə dəstək üçün imzatoplama kampaniyası başlayıb. Onu 30 nəfər imzalayıb». Qeyd edək ki, Sergey Smolyaninov Regionlar Partiyasının təmsilçisidir.
Geri qayıt