Əsas Səhifə > Güney Press, Araşdırma > LERİK İCRA HAKİMİYYƏTİNDƏ İNSİDENT

LERİK İCRA HAKİMİYYƏTİNDƏ İNSİDENT


2-12-2013, 11:04
LERİK İCRA HAKİMİYYƏTİNDƏ İNSİDENT
Ötən həftə Lerik İcra Hakimiyyətinə üzləşdiyi problemlə əlaqədar olaraq müraciət edən rayon sakinlərindən biri döyülüb. Bu barədə jam.az-a rayondan məlumat verilib.

Məlumatda deyilir ki, rayon sakini icra başçısı Rövşən Bağırovun qəbuluna düşmək üçün dəfələrlə müraciət etsə də, onu qəbul etməyiblər. Sonuncu dəfə isə həmin şəxs başçının qəbuluna girmək üçün cəhd edib. Lakin bu vaxt Bağırovun köməkçisi həmin şəxsi otaqdan çıxararkən zorakılığa əl atıb. Nəticədə, həmin şəxs bir sıra bədən xəsarətləri alıb.

Məlumatda deyilir ki, üz-gözü əzlmiş, baş nahiyəsindən xəsarət almış şəxs ilkin tibbi yardım almaq üçün Lerik Mərkəzi Xəstəxanasına üz tutub. Orada isə onu qəbul etməyiblər. Sonradan məlum olub ki, belə bir tapşırıq elə icra başçısı tərəfindən verilib. Məcburiyyət qarşısında qalmış sözügedən şəxsin hazırda evində müalicə aldığı deyilir.

Geri qayıt