Əsas Səhifə > Ölkə, Manşet > TÜRKİYƏLİ KOMUTANA BAKIDAN SÜRPRİZ

TÜRKİYƏLİ KOMUTANA BAKIDAN SÜRPRİZ


6-02-2012, 16:39
TÜRKİYƏLİ KOMUTANA BAKIDAN SÜRPRİZ

PKK-NIN AZƏRBAYCANDAKI DAYAQLARI TÜRKİYƏYƏ TƏSLİM EDİLƏ BİLƏR

DİA.AZ: - Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu-generalı Necdət Özəl bu gün Bakıya gəlir.

Məlumata görə, səfər fevralın 9-dək davam edəcək.

səfər Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin dəvəti ilə gerçəkləşir. Səfər çərçivəsində N. Özəlin Azərbaycanda bir sıra görüşləri planlaşdırılır.

N. Özəlin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 7-də Fəxri Xiyabanını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək, həmçinin Müdafiə Nazirliyində olacaq.

Səfər çərçivəsində N. Özəlin Azərbaycanın hərbi qurumlarının rəhbərləri ilə, həmçinin Azərbaycan prezidenti və baş naziri ilə görüşləri planlaşdırılır.

Qeyd edək ki, bu, ordu generalı N. Özəlin Baş Qərargah rəisi vəzifəsində Azərbaycana ilk səfəridir. Bundan əvvəl, o, 2011-ci ilin yanvar ayında, Türkiyə Jandarma Qüvvələrinin baş komandanı olarkən Bakıya səfər etmişdi.

Onu da bildirək ki həmin səfər zamanı Bakıda çox mühüm məsələlər müzakirə olunmuşdu. Bu barədə sözügedən ərəfədə yerli KİV-də gedən məlumatlarda bildirilirdi ki, N.Özəl rəsmi Bakı qarşısında bir sıra tələb və istəklərini qaldırıb ki, onların arasında da PKK terror təşkilatı ilə bağlı ilginc məqamlar yer alıb.

Bəs bu dəfəki səfəri zamanı türkiyəli hərbçi Azərbaycanda hansı məsələləri müzakirə edəcək? Bu barədə hərbi qaynaqlara istinadən yaydığımız məlumatda da bildirçişdik ki, Nejdət Özəl yenə də Bakıda PKK mövzusunu müzakirə etməyə hazırlaşır.

Mötəbər mənbənin söylədikləri: «Ola bilsin ki, hətta PKK ilə mübarizə məsələsində Azərbaycan və Türkiyə arasında rəsmi saziş də imzalansın. Maraqlıdır ki, Azərbaycanla Türkiyənin bunca yaxınlığı fonunda hələ də belə bir müqavilə mövcud deyil».

Mənbəmiz bildirdi ki, Nejdət Özəl Bakıya əliboş gəlmir: «Onun əlində konkret faktlara söykənən materiallar var ki, həmin sənədlər də Azərbaycan dövlətinin nümayəndələrinə təqdim olunacaq. Sənədlərdə çox ehtimad PKK-nın Bakıdakı maliyyə dayaqları haqqında informasiyalar yer alıb».

“Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia.az) daxil olan son məlumatlarda bildirilir ki, türkiyəli generalın gəlişinə rəsmi Bakı da tədarük görür. Mənbənin söylədikləri:

“Azərbaycan hakimiyyəti Nejdət Özəlin Bakı səfərinin məqsədindən tam məlumatlıdır. Ona görə də bu səfərə ciddi hazırlıq gedir. Hətta ola bilsin ki, Türkiyə ilə münasibətlərin gərgin vaxtında Nejdət Özəl Bakıda sürprislə qarşılaşsın”.

Mənbəmiz bildirir ki, Nejdət Özəlin səfəri öncəsi PKK-nın Bakıdakı dayaqları ilə bağlı ilginc məlumatların Türkiyə tərəfinə ötürülməsi də planlaşdırılır: “Sual oluna bilər ki, əgər belə bir fakt varsa, nədən tədbir görülmür. Rəsmi Bakı yenə də ənənəvi qaydada Ankaraya minnət qoymağı düşünür və əgər Nejdət Özəllə danışıqlar uğurlu olarsa, onun səfərinin ardından konkret addımlar da atılacaq”.


Geri qayıt