Əsas Səhifə > Cəmiyyət, Manşet > ŞAHRZA ƏLİYEV NAZİRİ ŞANTAJ EDİR

ŞAHRZA ƏLİYEV NAZİRİ ŞANTAJ EDİR


6-02-2012, 14:54
ŞAHRZA ƏLİYEV NAZİRİ ŞANTAJ EDİR

ORXAN KƏRİMOVLA BAĞLI İSTİNTAQ İŞİ XÜSUSİ NƏZARƏTƏ GÖTÜRÜLÜB

DİA.AZ: - Məlum olduğu kimi, bir müddət Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının Təhsil Nazirliyində əməliyyat keçirərək İqtisadiyyat İdarəsinin rəis müavini Orxan Kərimovu saxladılar. Lakin günü bu gün də bu həbslə bağlı ortada xeyli suallar var. Vəziyyət o həddədir ki, hətta bu günlərdə mətbuat qarşısına çıxan KMİ rəhbərliyinin özü belə “biz istintaq materialları əsasında hərəkət edirik” şəklində açıqlama verərək ortaya çıxan suallardan yayınmağa çalışdı.

Qaranlıq məqamlar isə, təbii ki, Orxan Kərimovun qurban verilməsi ilə bağlıdır. Yəni ilk gündən belə bir qənaət var ki, əslində Orxan Kərimov nənki təhsil nazirliyinin, hətta eləcə də nazir Misir Mərdanovun çulunun sudan quru çıxarılması üçün verilmiş “qurbanlıqdır”.

Onu da xatırladaq ki, Orxan Kərimovun ailə üzvləri də bununla bağlı artıq müxtəlif dövlət instansiyalarına, habelə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayaraq, istintaqın ədalətli şəkildə aparılmasını xahiş ediblər. Artıq bu yöndə ilkin reaksiyaların gəlməsi barədə də məlumatlar yayılıb. Bu barədə az sonra…

Əslində bu işdə əsas günahkarlar tamam fərqli simalardır. Onların kimliyi barədə də mətbuatda xeyli yazılıb. Məsələn, ortada olan bir sadə məntiq də ən azından Orxan Kərimova rəhbərlik etmiş şəxslərin nədən azadlıqda qaldıqlarını, nədən yalnız mücavatçı keçmişə malik Orxan Kərimovun həbs olunduğu barədə şübhələrə nədən olur.

Burada söhbət təbii ki, Təhsil Nazirliyinin İqtisadiyyat İdarəsinin müdiri Şahrza Əliyevdən gedir. Bildirək ki, Ş.Əliyev geniş maliyyə imkanlarına malik şəxsdir. Ölkənin təhsil “boss”larından sayılır. Nazirlikdə bütün qara işlər və rüşvət mexanizmi onun əli ilə görülür. Və o, son vaxtlar o qədər varlanıb ki, bunu artıq dövlətin bəzi qurumları da fərq edib. Ona görə də Şahrza Əliyevin həbsi heç də asan məsələ hesab olunmamalıdır.

Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər mənbə iddia edir ki, əslində Şahrza Əliyev həbs olunmalı imiş: “İlkin planda onun da adı var idi. Sadəcə olaraq hakimiyyətin müəyyən qanadları bu adamı həbsdən qurtarıblar”. Mənbəmizə görə, Bütün Qafqazın Şeyxi Hacı Allahçükür Paşazadənin ayaqlarına düşərək yalvaran Ş.Əlieyvin qurutuluşundə QMİ rəhbərinin müstəsna rolu olub: “Amma bu o demək deyil ki, məsələ qapanıb. Hər zaman Əlieyvə qarşı ittiham oxuna bilər”.

Redaksiyamıza iqtidar içindəki məlumatlı dairələrdən sızan informasiyada bildirilir ki, məhz Heydər Əliyev Fondunun təşəbbüsləri nəticəsində Orxan Kərimovun məsələsi xüsusi nəzarətə götürülüb. Bu barədə əldə etdiyimiz məlumatımızı təhsil nazirliyindəki qaynaqlar da təsdiqlədilər.

TN-dən sızan informasiyaya görə, Şahrza Əliyev hazırda «kürkünə birə düşmüş» şəkildə təlaş keçirir: «Ona yaxşı aydındır ki, bu gün vəziyyəti təsəvvür edə biləcəyindən də dramatikdir. Artıq bütün limitlərini xərcləyib. Hətta bəzi mətbu orqanları müxtəlif şirnikləndirici təkliflər hesabına prosesdən kənarda tutması da onun qurtuluşuna nədən olmayacaq».

Məlumatlı mənbəmizin sözlərinə görə, bu günlərdə Şahrza Əliyevə yaxın şəxslər qəzet baş redaktorlarından biri ilə təmasa keçərək Orxan Kərimovun məsələsinin «unutdurulmasını» «xahiş edib». Mənbəmiz bildirir ki, «xahiş» eşidilib: «Amma Şahrza Əliyev bütün mətbuatı susdura bilməz. Və digər yandan da prosesdə artıq Heydər Əliyev Fondunun da maraqlı tərəf kimi çıxış etməsi vəziyyəti Şahrza Əliyev üçün daha da gərginləşdirib».

Bu arada əldə etdiyimiz bir başqa məlumatda isə bildirilir ki, Şahrza Əliyevin qorunmasında təhsil naziri Misir Mərdanov da maraqlıdır: «Təbii ki, Şahrza Əliyev özbaşına olmayıb və ünvanına səslənən ittihamların nədəni olan korrupsiya faktların da əsas ortaq elə nazirin özüdür». Mənbəmiz bildirir ki, məhz buna görə də Şahrza Əliyev hətta Misir Mərdanovu da şantaj edir: «Bu, onun son çabalarıdır. Amma Misir Mərdanovdan bu məsələdə istifadə cəhdləri şöbə müdirinə baha başa otura bilər».

Mövzu diqqətimizdədir…


Geri qayıt