Əsas Səhifə > Güney Press, Araşdırma > DEPUTAT SƏLİM MÜSLÜMOVU TƏRİFLƏDİ

DEPUTAT SƏLİM MÜSLÜMOVU TƏRİFLƏDİ


29-11-2013, 11:01
DEPUTAT SƏLİM MÜSLÜMOVU TƏRİFLƏDİ
DİA.AZ: - Millət vəkili Fazil Mustafa özünün "Facebook" səhifəsində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun son addımlarını təqdir edən status paylaşıb. DİA.AZ olaraq həmin fikirləri diqqətinizə təqdim edirik:

"Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun atdiği bu addımı məncə bütün vətəndaşlar müsbət qarşılar. Ünvanlı sosial yardım alanların siyahısının ictinailəşdirilməsi dəfələrlə Milli Məclisdə də qaldırılmasına rəğmən gerçəkləşdirilməmişdi. Cəmiyyətdə haqlı olaraq bu yardımın yoxsul insanların çox az hissəsinə faydası barədə təsəvvürlər formalaşmışdı. Kimsəyə sirr deyil ki, 12 ay nəzərdə tutulan müavinətin çox zaman 6 ayını rüşvət kimi aldıqdan sonra o vəsaiti verirdilər. Təbii ki, bu ancaq Azərbaycanda baş verə bilərdi.

Çünki insanlar bu qədər ləyaqətini itirməlidirlər ki, ən yoxsul insanın göz dikdiyi o qəpik-quruşun da yarısına haq qoysunlar. Bizlər də millət vəkili olaraq müraciət edən insanlara köməklik göstərməkdə çətinlik çəkirdik. İndi siyahı ictimailəşəndən sonra vətəndaşlar da bu sahədə baş verən naqisliklərin ortadan qaldırılması üçün köməklik göstəməlidirlər və siyahılara diqqətlə yanaşmalıdırlar. Bütün hallarda hörmətli nazirin bu cəsarətli və doğru addımını təqdir edirəm və ümid edirəm ki, haqqı çatan insanların tapılıb ünvanlı yardım verilməsində nazirliyin müvafiq qurumları da daha aktiv fəaliyyət göstərəcəklər".

Geri qayıt