Əsas Səhifə > Güney Press, Üçüncü sektor > YOX, BURA ŞUŞA DEYİL, NEFTÇALADIR...

YOX, BURA ŞUŞA DEYİL, NEFTÇALADIR...


29-11-2013, 10:41
YOX, BURA ŞUŞA DEYİL, NEFTÇALADIR...
RAYON SANKİ YENİCƏ İŞĞALDAN AZAD OLUNUB

Bu gün respublikamızın rayon, şəhər və kəndlərində aparılan abadlıq, quruculuq işləri ölkəmizin inkişafının əsas gösətəricilərindən biri kimi təqdim olunur.

Lakin gözdən, könüldən uzaq elə yerlər var ki, hələ də köhnə qiyafəsini dəyişməyib. Onlardan biri Neftçala rayonudur. Söz yox ki, ölkə rəhbərliyi bu rayonda abadlıq, quruculuq işlərinin görülməsi üçün milyonlarla manat pul ayırıb. Lakin istənilən nəticə əldə olunmayıb.

Rayonda gözə dəyən üç obyekt var. Onlar da hələlik tam istifadəyə verilməyib. Bunlardan bir yeni tikilən icra hakimiyəti binası, o biri Kür çayının sahilində inşa edilən “Bayraq meydanı”, digəri isə “Heydər Əliyev mərkəzi”dir.

Qalan tikililərə baxanda adamın ürəyi ağrıyır. Bu rayona gələn elə magistral və şəhərdaxili yolundan yaxşı bilir ki, buralar nə vəziyyətdədir.

Neftçalada görülən abadlıq işləri əslində kosmetik xarakter daşıyır. Şəhərə açıq gözlə təmənnasız baxan aydın görür ki, bu ərazilərin kasıb və səfalət qoxuyan siması hələ də dəyişməz olaraq qalır.

Ucqarları, taleyin ümidinə, min bir problemlə baş-başa buraxılan yaşayış məntəqələrini qoyaq kənara, rayon mərkəzindən bəzi görüntüləri təqdim edirik.

Birinci şəkildə görünən, rayona gələn qonaqları qarşılamaq üçün nəzərdə tutulan mehmanxanadır. Rayonun mərkəzində yerləşir. Onun zahiri görünüşü daxilindəki şəraitin necə olduğundan xəbər veri.

Ikinci şəkildəki görüntü isə şəhər mərkəzində yerləşən, ön hissəsinə baxanda göz oxşayan, arxasına keçəndə adamı vahimə bürüyən mədəniyyət sarayıdır.

Üçüncü görüntü də bərbad halda, istismara yararsız və ... adsız mədəniyət obeyktidir. Bu rayonda təkcə adamların deyil, yolun da, divarın da, daşın da üzündən kədər yağır, narazılıq oxunur.

Kənd və qəsəbələrin durumundan söz açmağa isə, ümumiyyətlə etiyac yoxdur.

İstər-istəməz fikirləşirsən: bəlkə bu rayona ögey münasibət bəslənilir, bəlkə vəsait ayrılmır? Kiçik axtarışla ortaya çıxan qərarlar, rəqəmlər bunun əksini deyir.

Elə isə bu fərqlilik nədədir? Bu müəmmaya Neftçala rayonunun icra başçısı İsmayıl Vəliyev aydınlıq gətirməlidir infom.az


YOX, BURA ŞUŞA DEYİL, NEFTÇALADIR...
YOX, BURA ŞUŞA DEYİL, NEFTÇALADIR...
YOX, BURA ŞUŞA DEYİL, NEFTÇALADIR...

Geri qayıt