Əsas Səhifə > Şou-biznes > RƏQQASƏ AYTƏN QİYMƏTİNİ AÇIQLADI

RƏQQASƏ AYTƏN QİYMƏTİNİ AÇIQLADI


29-11-2013, 10:29
RƏQQASƏ AYTƏN QİYMƏTİNİ AÇIQLADI
...VƏ DƏHŞƏT: BİR RƏQSİ 1000 MANATA OYNAYIR

Rəqqasə Aytənin yeni titulu var.

Axşam.az-ın məlumatına görə, sənətçi Azərbaycanda “rəqsin sultanı” olduğunu iddia edib. Bu haqda qonaq olduğu “Bığ” şouda danışan Aytən bu titulu ona Türkiyədə verdiklərini deyib:

“Türkiyədə məni "Azərbaycan rəqsinin sultanı" adlandırdılar. Digər rəqqasələrimiz - Fatimə və Oksananı da bəyənirəm. Onların rəqs stili tamam başqadır. Məndə isə orientaldır. Mənim rəqsim bütün dünyada sevilir və tanınır”.

Aytən həmçinin qeyd edib ki, bir rəqsi 1000 manata oynayır.

Geri qayıt